“30 min manat pulum olmadığı üçün oğluma 14 il 6 ay iş kəsdilər” – NAXÇIVAN SAKİNİNDƏN PREZİDENTƏ MÜRACİƏT
Naxçıvan şəhəri, Babək rayonu, Hacıvar kənd sakini Məmmədov Xanlar tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi oğlu Məmmədov Fəyyazın başına açılan haqsızlıqlardan yazır:
“Mən, Məmmədov Xanlar, yazaraq sizə bildirirəm ki, oğlum Məmmədov Fəyyaz 2020-ci ilin dekabr ayında “İpək yolu” yanacaq doldurma məntəqəsində, bizə məlum olmayan səbəblərdən, yanacaq dolduran şəxsin üzərinə benzin ataraq yandırmışdır. İnsanın özü sağdır, amma əlləri çox yanmışdır. Həmin vaxtı oğlum tam sərxoş vəziyyətdə olmuşdur.
Hadisədən sonra polis bölməsinə gedərək, hadisəni törətdiyini boynuna almışdır. Cəzasını çəkməyinə narazılığım yoxdur. Törətdiyi əməlin cəzasını çəkməlidir. Oğlumu həbs etdilər və 14 il 6 ay müddətinə iş kəsdilər. Bu nə qədər düzgündür?
Əlbəttə, bu məsələdə günahkar oğlumdur. Amma o, 14 il 6 ay ağır cəza alacaq bir əməl törətməyib. Adam ölməyib, sağdır.
Bu məsələni pul ilə həll etdiklərinə əminəm. O vaxtlar prokror Elsəvər bəyin qəbulunda oldum, köməklik istədim. Mənə bildirdi ki, bu cinayətin bağlanması üçün 30 min manat pul verməlisən. Həmin məbləği tapmaq mənim üçün əlçatmaz idi. Belə də oldu, pulu tapa bilmədim. Sadəcə onu dedim ki, bir dənə 07 markalı maşınım var, gücüm buna çatır. Prokror mənə dedi ki, bu heç nəyə məlhəm olmaz.
Ali Məclisə dəfələrlə şikayət etdim, hər dəfəsində rədd cavabı almışam. Vasif talıbovun qəbuluna yazıldım. Bir müddət keçdikdən sonra məni Babək rayon icra başçısı yanına çağırdı. Sevincək qəbula getdim. Otağa girən kimi mənə hədə-qorxu gəlməyə, təhqir etməyə başladı. “Get hər şeylə razılaş, otur yerində” dedi.
Mənim 30 min manat pulum olmadığı üçün oğluma 14 il 6 aylıq ağır iş kəsdilər. Pulum olsaydı 3-4 illə əvəz ediləcəkdi. 2 övladı var, məhkəmədə qeyd etsəm də, önəm vermədilər”
Sizlərdən xahişim odur ki, səsimin prezidentə çatdırılmasında mənə kömək edəsiniz”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-01-2023, 15:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər