Rəsmi Bakının Güney Azərbaycan YANLIŞI... - Bu ideyadır, kolxoz planlaması deyil...
Güney Azərbaycanla bağlı ilk başdan həyəcan təbili çaldıq və bu gün də gərəkən dairələri bu barədə uyarırıq. Söhbət Azərbaycanın bütünlüyü amalına KOLXOZÇU PLANLAMASI açısından yanaşmalardan gedir. Yəni Azərbaycanın birləşməsi məfkurəsini bəziləri iş planına daxil edərək, plan qururlar, icraçı tapırlar, maaş kəsirlər...
QARABAĞI MƏGƏR BİZ BELƏMİ AZAD ETDİK?
Zorla hərbiyə cəlb olunmuşdan yaxşı əsgər ola bilərmi? Və zorla hərbiyə cəlb olunmuşla bir qarışlıq məsafəni belə irəliləmək olarmı? Təbii ki, bu, mümkün deyil.
Maləsəf, bu gün Azərbaycanda Güney Azərbaycan məsələsi ilə bağlı ideoloji işi yürüdən və yaxud da yürütməyə çalışan rəsmi dairələr məhz bu həqiqətləri, bu təcrübəni unudub, özlərindən Amerika icad etməklə məşğuldurlar.
Yəni Güney Azərbaycanın azadlığı və yekunda Azərbaycanın bütövləşdirilməsi siyasəti hədəf olmaqdan daha çox bu gün bəzilərinin QAZANC yerinə çevrilib. Nə bir mütəxəssisə söykənirlər, nə də həqiqəti görməyə çalışırlar.
Fars-molla rejiminin xüsusi xidmət orqanlarının dəhlizlərində çürümüş tullantı agentlər bu gün Azərbaycanın rəsmi təbliğat maşınında təbluğat malzəməsi kimi istifadə olunmaqdadır. Hər halda, Güneydən olan qardaşlarımız söhbətin kim(lər)dən getdiyini yaxşı başa düşürlər. Amma maləsəf, təcrübəsiz rəsmi təbliğatçı dairələrimiz gül kimi ideyaya dəllalcasına yanaşırlar ki, bunun da bədəlini bütöv millət olaraq ödəməli olacağıq.
Nə qədər ki, gec deyil... Adamlar durdurulmalıdır. Güney Azərbaycan... Bütöv Azərbaycan... kolxoz adları deyil... Ona görə də ZƏHMƏTKEŞ SAĞICILARI - illərin qocaman SAĞICILARINI bu amaldan maksimum uzaq tutun... LÜTFƏN!..
Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru
Paylaş:
Müəllif : Yazar
Tarix:4-01-2023, 10:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər