reklam
Regionxeberlericom.az » Sosial » Xankəndi mağazalarında Azərbaycan məhsulları - manatla alış-veriş: ermənilər üçün asan yol

reklam

Xankəndi mağazalarında Azərbaycan məhsulları - manatla alış-veriş: ermənilər üçün asan yol


Bu dəfə Əsgərandakı ermənilər ağlaşma qurublar. Xocalı rayonunun tərkib hissəsi olan bu ərazidə erməni separatçıların qurduğu qondarma “inzibati mərkəz”in oyuncaq rəhbəri Hamlet Apresyan deyib ki, yeni il əhval-ruhiyyəsi olmasa da, panika da yoxdur, vəziyyəti başa düşürük və dözürük. “Demək olar ki, bütün mağazalarda zəruri məhsullar tükənir, yalnız şirniyyatlar, spirt, şirələr və bəzi məişət əşyaları qalır. Amma nə yaxşı ki, insanların öz anbarlarda konservləri, ərzaqları var” – söyləyib Apresyan. Onu da söyləyib ki, kəndlərdə yaşayanların vəziyyəti daha yaxşıdır, çünki təsərrüfatları var, donuz saxlayırlar...

Bu, donuzdan fərqlənməyən canlı hələ də anlamır ki, Azərbaycanın qəsdi hansısa mülki ermənini acından öldürmək deyil, heç öldürmək niyyəti də yoxdur, sadəcə, adam olun, kifli düşüncələrdən əl çəkin, silahı yerə qoyun, torpaqlarımızı talamağa son verin, ayağımızın altına mina düzməyi dayandırın, tövbə edin, bundan sonra adam kimi yaşayın! Amma Hamlet kimi xəstənin dediklərindən belə görünür ki, onlar nə özləri, nə də separatçıların girovluğundakı ermənilərin normal yol seçməsində maraqlı deyillər, hələ bir “mübarizə” ovqatı ilə çıxış edir bu, çaqqa sürüsünün nümayəndəsi...

44 günlük müharibə bitəndən, üçtərəfli bəyanat imzalanandan sonra Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolu açılmalı idi. Eyni zamanda Suqovuşan-Ağdərə-Kəlbəcər yolu. Amma erməni separatçı dəstələr, cinayətkar qüvvələr 26-cı aydır ki, azərbaycanlıların yolunu kəsiblər. Kəlbəcərli öz evinin dağıntılarını, dədə-babasının məzarının dağılmış başdaşını görməkdən ötrü Tərtərdən keçib, kəsə yolla gedə bilmir, Murovun sərt aşırımlarını qət etməli olur, təhlükəli yollarla gedib-gəlir. Eyni zamanda şuşalılar öz evlərinə getməkdən ötrü Ağdamdan keçib gedə bilmirlər, cəmi 37 km-lik məsafəni, dolanırlar Füzulini, Hadrutu... Bu vaxtadək nə bir beynəlxalq təşkilat, nə elə sülhməramlı missiyasını üzərinə götürən Rusiya tərəf erməni separatçılara “von” komandası vermir, savaşın qalibi olan Azərbaycanın vətəndaşları əziyyət çəkir, dövlətimiz də külli miqdarda xərc! Alternativ yollar böyük vəsaitlər, işçi qüvvəsi hesabına başa gəlir. Üstəlik, ermənilərin rahat gediş-gəlişi üçün Laçın yoluna alternativ çəkildi, elə təqribən ermənilərin bağladığı Ağdam-Şuşa yolunun məsafəsi qədər. Ermənilər, onların havadarları nəinki Azərbaycana minnətdarlıq etmək haqda düşünmədilər, hətta yolçəkənlərimizin ayağının altına Laçın yolu ilə, özü də yeni çəkilən marşrut xətti ilə (!!!) daşıdıqları Ermənistan istehsallı minalar düzdülər bu müddətdə. İndi bütün bunlardan sonra Azərbaycan nə etməlidir, deməlidir ki, Ermənistanda 2023-cü ildə istehsal olunmuş minaları da daşıyın, düzün torpaqlarımıza, oğullarımız həlak olsun, ermənilərin darmadağın etdiyi şəhər və kəndlərimizi yenidən quran mütəxəssislərimizi itirək? Bu mənada Şuşa-Xankəndi yolunda ötən ilin 12 dekabrından etibarən keçirilən dinc aksiyaya etiraz etmək, hətta israrla yolu açmağa (?!) çağırmaq heç bir məntiqə, üstəlik əxlaqa sığmır! Əvvəla, min dəfələrlə deyildiyi kimi, yol bağlı deyil, sadəcə təhlükəli yüklərin, silah-sursatın, minanın, hərbçilərin daşınmasına imkan verilməməsi tam normaldır və bu məsələnin artıq rəsmi səviyyədə həyata keçirilməsinin vaxtıdır, kimin nə deməsindən asılı olmayaraq! Vətən sərhəddən başlayır və bu mənada Laçın yoluna ayaq basan hər hansı yadelli əvvəlcə özünü Azərbaycan sərhədçisinə, gömrük əməkdaşına təqdim etməlidir. Digər tərəfdən hər gün azı 10-20 yük maşını və minik avtomobili keçir Şuşa yolundan. Belə olan təqdirdə kar və korlar necə iddia edirlər yolun bağlı olduğunu?

Məntiqlə Qarabağdakı ermənilər və Ermənistan rəhbərliyi qalib Azərbaycanın şərtlərinin yerinə yetirilməsi barədə düşünməli, mövqeyini açıqlamalıdır. Amma... Qarabağdakı Vardanyan rejimi hələ də gic-gic iddialar irəli sürür, “döyüşəcəyini” söyləyir. Deməli, qapaz istəyir və alacaq.

Ermənistanda isə... Rusiyadan aldığı Su-30 qırıcılarını 2020-ci il müharibəsi zamanı istifadə etmədiyinə görə, Hərbi Hava Qüvvələri tənqid olunur və pilotların hazırlanması, həmçinin qırıcılara raketlərin alınması üçün Hindistandan kömək gözləyirlər. Ölkəsi fəlakətlər içərisində, Ermənistan rəhbərliyi qırıcılara hind raketləri axtarır. Özləri də anlayırlar ki, Azərbaycanla növbəti müharibə Ermənistanın tamamilə dövlət kimi yer üzündən silinməsi ilə bitə bilər, amma nə fayda?..Azərbaycan iki ildir təklif edir ki, gəlin yolları qarşılıqlı şəkildə açaq, bölgədə yeni həyat başlasın. Erməni tərəf deyir yox e, Laçından kefimiz istəyən vaxt Xankəndiyə gedib-gələk, amma sizin Naxçıvana getməyiniz müşkül məsələdir.

Budur, Ermənistanın “Milli demokratik qütb” adlı siyasi bloku yanvarın 8-də Rusiyanın Gümrüdə yerləşən 102 saylı hərbi bazasının qarşısında aksiya keçirəcəyini elan edib: Laçın yolunun açılması tələbi ilə (!) Abırsılığın həddi-hüdudu yoxdur. Rusiyadan öhdəliklərini yerinə yetirməyi tələb edirlər, abırsızcasına. Bəli, Ermənistan kimi, Rusiya da 10 noyabrdakı öhdəliklərini yerinə yetirmir, amma aksiyanı biz keçirməliyik, Qarabağdakı terrorçuların, ermənilərin əlindəki silah-sursat, hərbi texnikanın hələ də torpaqlarımızda, elə rus hərbçilərin mövcud olduğu ərazilərdə qalmasına etiraz olaraq, ermənilər yox!

Hər gün videokadrlar yayılır, rəsmi açıqlama verilir Laçın-Xankəndi yolundan keçən yük maşınları ilə bağlı. Təkcə ötən gün Rusiya sülhməramlı kontingentinə məxsus 20 maşın keçib. 1960 rus hərbçisi və 25 min erməni nə qədər yeyib-içir ki, elə bir ucdan daşıyırlar? Hələ bəzi ekspertlər bildirir ki, Xankəndiyə gizli yollar var, bu mənada şübhələr var ki, erməni quldurlar digər istiqamətlərdən məkrli niyyətləri üçün istifadə edirlər. Deməli, Ağdərədəki mədənlərin monitorinqi ilə bağlı tələblərə Qarabağa giriş-çıxış yollarına nəzarət etmək, monitorinq aparmaq tələbi də qoyulmalıdır. Bəlkə elə sərvətlərimiz həmin gizli yollarla daşınır, ermənilər bizi ittiham etməklə iz adıdır, başımızı qatırlar...

Əsgəran, Xankəndi, Ağdərədəki dükanların zəruri məhsullarla təchiz olunmasının çox asan yolu var: Ağdam və ya Tərtər istiqamətindən Azərbaycan məhsullarını manatla alıb, manatla satmaq! Azərbaycan ərazisində erməni dramı ilə alış-verişə son qoyulmalıdır, əks halda, dramatik hadisələr qaçılmaz olacaq! Xankəndidəki mağazalarda Azərbaycan məhsulları olsa, ermənilər almayacaqmı? Bəlkə bir test edilsin...Ermənilərin oyunbazlığına son qoyulmalıdır, bunların nazı ilə çox oynadıq, 24 gündür ekoloji talana "yox" deyən gənclərimiz il boyunca Şuşa yolunda dayanmayacaqlar ki...

Elşad PAŞASOY //musavat.com//




Paylaş:


Müəllif : Tarix:
4-01-2023, 11:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər