Bərdənin bu kəndindən rəsmən ibtidai icma şərtləri HÖKM SÜRÜR - GİLEY
Bərdə rayonunun Niftçi kəndi elektrik enerjisi ilə təmin olunmur. Sakinlərin "Belediyye.net"ə verdiyi məlumata görə, kənddəki elektrik xəttləri qəzalı vəziyyətdədir.
Kənddə saatlarla işıq olmur
Sakinlər deyir ki, evlərinə verilən işığın gücü çox zəif olduğundan gün ərzində bir neçə dəfə sönür. Ümumiyyətlə, kəndə elektrik fasilələrlə verilir. Yağışlı havalarda pisləşən vəziyyət qış aylarında xüsusilə çəkilməz olur.
Kəsintilərlə verilən enerji maddi ziyan vurur
Gün ərzində bir neçə dəfə sönən elektrik sakinlərə maddi cəhətdən ziyan vurur. Bu səbəbdən elektrik avadanlıqları sıradan çıxan sakinlər sovet dövründən bəri elektrik şəbəkəsinin bir dəfə də yenilənmədiyini deyirlər.
Verilən elektrik enerjisinin normadan az olduğunu, dəfələrlə bunu aidiyyatı qurumlara çatdırdıqlarına baxmayaraq ölçü götürülmədiyini deyən Niftçi sakinləri boş vədlərə ümid bağlamırlar.
Rəsmi qurum həmişəki kimi vəd verir
Məsələyə aydınlıq gətirmək üçün üz tutduq Azərişıq ASC-nin Bərdə rayon paylayıcı elektrik şəbəkəsinə. Rəsmi qurumdan bildirildi ki, 2023-cü ildə kəndə yeni elektrik xəttləri çəkiləcək, yaşayış məntəqəsi 24 saat fasiləsiz işıqla təmin olunacaq. //"Belediyye.net"//
Paylaş:
Müəllif : Yazar
Tarix:5-01-2023, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər