Soyadların milliləşdirilməsinə kimlər mane olur? - ETİRAZ
“Milli Məclisin ötən ilki son yığıncağında təklif etdim ki, qoy 2023-cü ildə, ilk gündən başlayaraq, ailələrdə doğulan uşaqlara doğum şəhadətnaməsi alınarkən soyad sonluqları "ov"suz, "yev" siz yazılsın. Soyad soluqlarının milliləşməsi haqqına qərar Azərbaycan parlamentində 1992-ci ildə qəbul edilib. Lakin icra orqanları buna mane olublar. O vaxtdan həm Məclisdə, həm mətbuatda dəfələrlə bu barədə danışmışıq, yazmışıq, onlarla siyasətçi, ictimai xadim, ziyalı, mətbuat nümayəndəsi bu işin zəruriliyini dilə gətirib. Lakin bu işi həyata keçirməli olan icra orqanları millətin istəyini bu qulağından alıb o biri qulağından veriblər”.
Regionxeberlericom.az “AzPolitika.info”ya istinadla xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “facebook” səhifəsində yazıb.
O vurğulayıb ki, təkcə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarələri günahkar deyil, həm də burda vətəndaş şüuru, milli heysiyyət, öz hüququnu bilməmək, övladının taleyinə biganəlik kimi amillər də bir əngəldir.
“Yaşlılar vərdiş etdikləri rus sonluqları ilə vidalaşmaqda çətinlik çəkirlər. Başa düşürük. Onda qoy heç olmasa yeni doğulan uşaqlarımız ilk gündən milli soyad daşısınlar. Əgər buna da mane olacaqlarsa, deməli, burda bir qəsd var”,-millət vəkili qeyd edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-01-2023, 12:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər