Naxçıvanda işçiyə BELƏ ZÜLM EDİRLƏR... - MÜRACİƏT
"Mən Hacıyev İlqar Vaqif oğlu Naxçıvan Beynəlxalq Hava Limanının YTQX komandasının dispetçeri vəzifəsində işləyirdim. 01.12.2022 il tarixdə saat 18:00 radələrində (Naxçıvan ŞPİ cinayət axtarış şöbəsinin rəisi Şahin Novruzov tərəfindən) Naxçıvan şəhər polis idarəsinə aparılmışam. Mənə məxsus telefonum əlimdən alındığı üçün, iş yerimə məlumat verə bilmədim". Regionxeberlericom.az bildirir ki, bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.
Müraciət müəllifi daha sonra bildirir: "Naxçıvan ŞPİ rəisi (mayor) Elvin adlı şəxsin dediyinə görə, iş yerimə (Hava Limanına) mənim polisdə olmağımla bağlı məlumat verilibdi. Haqqımda olan şikayət araşdırıldıqdan sonra və şikayət edən tərəf şikayəti geri götürdükdən sonra , məni qanunsuz şəkildə 2 gün müddətində 08:00-dan 22: 00-dək polis idarəsində saxladılar. Sonda şikayət geri götürüldüyü və günahsız olduğum üçün , haqqımda inzibati tədbir görülmədi və cinayət işi açılmadı.
02.12.2022 il tarixdə Naxçıvan Beynəlxalq Hava Limanın direktoru Mənşur Gülməmmədlinin tapşırığı ilə kadr üzrə mütəxəssis Ayşən Əsədova məni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməmə) işimə xitam verərək məni işdən azad edib. Bir daha bildirmək istəyirəm ki , işə 12 saatlıq növbəmə getməmə və işə zəng vurub məlumat verə bilməmə səbəbim polis idarəsində üzrlü səbəbdən olmağımdır. Xahiş edirəm ki, atasız gənc və ailə başçısı olmağımı nəzərə alasınız. Məni işimə bərpa etmələrinə, əmək kitabçamda yazılan maddəni silmələri ilə bağlı göstəriş verəsiniz. Heç bir işə girə bilmirəm. Mənə bu zülmü edən Mənşur Gülməmmədli haqqında tədbir görməyinizi xahiş edirəm".
Paylaş:
Müəllif : Yazar
Tarix:6-01-2023, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər