"Görəndə ki, aldadılıram, işdən ayrıldım..." - GİLEY
“Çalışdığım şirkət əmək hüquqlarımı tapdayıb. Mənə çatacaq pulu mənimsəyiblər”.
Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunun sakini, Azərbaycanda Türkiyə şirkətində çalışmış Mehmet Çalışır belə deyir. Türkiyə vətəndaşı Sumqayıtda fəaliyyət göstərən “Üstay” şirkətindən şikayətçidir. Mehmet Çalışır türk şirkəti olan “Üstay”da bir ildən artıq işləyib.
Deyir, 12 ildir Azərbaycanda yaşayır, azərbaycanlı ilə evlidir. 3 qız övladı var. Hazırda Kotec qəsəbəsində kirayədə yaşayır, işsizdir:
“Məni “Üstay Yapı Taahhüt və Ticarət Anonim” şirkətinin Azərbaycanda, yəni Sumqayıtda fəaliyyət göstərən şirkətinə Şevqet Yıldız adlı soydaşım dəvət etmişdi. Bu zaman mənə vəd vermişdi ki, sən minimum 1500-2000 manatarası maaş alacaqsan. Sonradan mənə aydın oldu ki, aldadılmışam. Çünki ilk vaxtlar 700, son iki ayda isə cəmi 800 manat maaş verdilər. Onun da 500 manatı “Paşa Bank”-ın kartına köçürülüb. Qalan 300 manatını mənə şəxsən veriblər. Görəndə ki, aldadılıram, işdən ayrıldım. O gün-bu gündür onlardan qalan pullarımı ala bilmirəm”.
M.Çalışır deyir ki, həyat yoldaşı ağır şəkər xəstəsi olduğundan hər gün insulin iynəsi vurur. Üstəlik, bir böyrəyi işləmir. Deyir, aldığı maaş onun müalicəsinə və ailəsinin xərclərinə yetmirdi:
“Halbuki Tükiyə qanunları ilə mən işçi kimi “vizion” qrupunda olduğumda 1600 avrodan aşağı maaş ala bilməzdim. Yəni “Üstay” şirkətinin Sumqayıtdakı layihə rəhbərliyi bunu bildikləri halda, mənim haqqımı yeyiblər və hüquqlarımı tapdalayıblar, mənə qarşı qeyri-insani və qanunsuz davranıblar. Bununla onlar Azərbaycanda olan Əmək Məcəlləsinin də qanunlarını kobud şəkildə pozublar”.
Şikayətçi əlavə edir ki, onun kimi Azərbaycan vətəndaşı olan xanımlarla evli olan 6 türk vətəndaşına şirkət ondan daha yüksək maaş verib:
“Burada eyni işdə işləyən azərbaycanlı işçilər, qaynaqçılar, boyaçıların saatı 7 manatdır. Məndə isə onlardan qat-qat az. Üstəlik, məni stabil saathesablı maaşla işlədiblər. Ancaq gördüyüm əlavə işlər, çalışdığım əlavə saatlar üçün mənə pul yazılmayıb. Halbuki əlavə iş saatlarına görə mənə maaşdan əlavə 500 manat pul verilməli idi. Mən hər gün əlavə 6 saat işləmişəm. Belə çıxır ki, boşuna”.
M.Çalışır deyir ki, daha bir hüquq pozuntusu isə onun müqaviləsiz işləməsi olub. Bu gün-sabaha salıb, son günədək onunla müqavilə bağlanmayıb:
“Əksəriyyət “Üstay” da müqaviləsiz işləyib və təbii ki, çoxunun mənim kimi sosial sığorta kartı olmayıb. Mən mayda “Üstay”da işə düzəldim. Bu ilin aprelində isə mənə əvvəlkindən də cüzi maaş vermək istədiklərinə görə oradan çıxmaq məcburiyyətində qaldım. “Üstay”ın idarə rəhbərinə, Şevqet Yıldıza işə düzələrkən qabaqcadan demişdim ki, həyat yoldaşım ağır şəkər xəstəsidir, ona hər gün insulin vurulması və ona qulluq etmək üçün mənim işdə çox qalmamağım lazımdır. Amma çox vaxt olurdu ki, məni saat beşdən gecə saat 3-dək işlədirdilər. Buna birtəhər dözürdük, amma bu qədər əziyyətin qarşılığını da ödəmədilər”.
Şikayətçi deyir ki, ona işə düzələndə boru boyaçısı olacağını demişdilər. Ancaq sonradan soyunub-geyinmə yerinə nəzarətçi qoyublar:
“Mən düz 11 ay “Üstay”ın 700 işçisi olan yerdə nəzarətçi vəzifəsində işlədim. İşimi çox məsuliyyətlə yerinə yetirirdim. Hətta 2018-ci ildə buna görə məni təşəkkürnamə ilə də təltif etmişdilər. Niyə birdən-birə pis oldum, maaşım kəsildi, haqsızlığa uğradım, anlamıram. Azaldılan 475 manat maaşa razılaşmayıb, işdən çıxdım. İndi də qalan əmək haqlarımı və əlavə iş saatlarımın pulunu ala bilmirəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-08-2019, 12:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-08-2019, 12:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32