Nazirlikdən Fazil Mustafanın təklifinə REAKSİYA: - “Ödənişsiz mümkün deyil”
Deputat Fazil Mustafa Xəzər dənizində, eləcə də digər su hövzələrində yeniyetmələrin, gənclərin batması hallarına qarşı çıxış yolu təklif edib. O, dövlət büdcəsindən ayrılan vəsait hesabına uşaqlar üçün üzgüçülük hovuzlarının tikilməsi təklifini irəli sürüb. F. Mustafa düşünür ki, dövlət hesabına tikilməli üzgüçülük hovuzlarında uşaqlar ödənişsiz olaraq üzməyi öyrənməlidirlər:
“Dənizin sahilində olan dövlətin vətəndaşları Monqolustandakı kimi dənizə laqeyd qala bilməz ki... Uşaqlıqda öyrənməyəndə sonralar daha çətin olur. Yüz xilasedici yığ sahilə, bununla problem çözülməz. İnsanlara üzməyi öyrətməliyik.
Hər gün dənizdən ölüm xəbəri eşidəndə nəticə çıxarmamağımız adamı daha çox üzür. Rusiyada uşaqların əksəriyyəti erkən yaşlardan suya alışdırılır. Biz bu məsələdə də hədsiz bilgisiz və biganəyik”.
Deputatın bu təklifi ilə bağlı Gənclər və İdman Nazirliyinin də mövqeyini öyrəndik. Nazirliyin mətbuat katibi Səmayə Məmmədova Modern.az-a açıqlamasında üzgüçülük hovuzlarının ödənişli olduğunu bir daha diqqətə çatdırıb:
“Olimpiya İdman Komplekslərində olimpiya idman növləri pulsuzdur. Yeganə üzgülüçülükdür ki, ödənişlə həyata keçirilir. Çünki həmin mərkəzlərdəki üzgüçülük hovuzlarının saxlanması, təmizlənməsi, dezinfeksiya edilməsi, hovuz temperaturunun tənzimlənməsi - bütünlüklə xərclərinin qarşılanması kifayət qədər böyük vəsait tələb edir. Komplekslərin hamısında qiymətlər eyni deyil. Regionlarda yerləşən idman komplekslərində əhalinin sayı, maddi durumu nəzərə alınaraq, üzgüçülük hovuzları çox münasib qiymətlərə təklif edilir. Su İdmanı Sarayı bu baxımdan ən çox müraciət olunan məkandır. Bəzən müraciətlər o qədər çox olur ki, bütün yerlər dolur. Çünki qiymət münasibdir. Valideynlər övladlarını bu kimi idman komplekslərində üzgüçülük dərslərinə qoya bilərlər”.
S.Məmmədova qeyd edib ki, hələlik üzgüçülük hovuzlarının pulsuz xidmət göstərməsini həyata keçirmək məsələsi gündəmdə deyil.
Qeyd edək ki, Bakıdakı idman klublarının üzgüçülük hovuzlarında aylıq ödənişlər 45-100 manat arasında dəyişir. Bu qiymətə həftədə 2-3 dəfə 1 saat hovuzda üzmək olar.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-08-2019, 16:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-08-2019, 16:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08