"Yatırım edib gözəl istirahət mərkəzi yaradıblar - İDARƏ EDƏ BİLMİRLƏR"
Peşəkar idarəçi Fəxri Ağayev ölkəmizdə fəaliyyət göstərən istirahət mərkəzlərinin birinin idarə olunması ilə bağlı fikir bildirib. FED.az biznes məsləhətçi və eyni zamanda peşəkar idarəçi olan Fəxri Ağayevin Relax istirahət mərkəzi haqqında yazdıqlarını olduğu kimi təqdim edir.
RELAX-Lerik istirahət mərkəzində qızlarımla bir gün qaldım.
Adətən belə məkanlarda olanda uzun müddətli idarəçilik təcrübəsi biri olaraq görülən və görünməyən məqamlara diqqətlə baxıram.
İlk öncə onu qeyd edim ki, Azərbaycanda belə bir mərkəzin, möhtəşəm təbiətin tam ortasında olması sevindiricidir. Orda qalan insanın rahatlığı üçün demək olar ki, hər şey düşünülüb. Koteclərdə qalaraq gündə 3 dəfə yemək imkanı belə var.
Sahibkar böyük yatırım edib, çox böyük. Amma təəssüf ki, ilk yatırımdan başqa iş irəli getmir.
Bir az diqqətlə baxanda görmək olur ki, klassik Azərbaycan tərzində biznesdir – yaxşı ideya, əla tətbiq, xaricdən gətirilən avadanlqlar, bahalı inşaat.
Və burada da hər şey durur. Biznesin uzun müddətli ömrü üçün idarəçilik baxımından İki mühim məqam unudulur – binaların, avadanlıqların baxımı və təbii ki, insan sərmayəsi.
Baxım məsələsi budur : balkonların , pəncərələrin, koteclərin qapıları qırıq, sınıq, sallanırlar. Qaldığımız kotecin balkonun qorxuluğu qopmuşdu!!! Və sallanırdı. Ora yaslanmaq yox, insan əlini belə qoysa, yüksəklikdə yerə düşəcək. Digər məqam – otaqlar
İnsan sərmayəsi. Bir layihəyə 4.000.000 yatırım edən sahibkar insanlara, idarəçilərə və personalın seçiminə, onlara xidmətin ən bəsit məqamlarını öyrədilməsinə ya xərc çəkmir, ya da səthi baxır. Və beləliklə şirkətin ümumi müştərilərlə hərhansısa bir standartı yoxdur – və artıq iş qalır işçinin tərbiyəsi və dünya görüşünə. Hiss etdiyim bir məsələ daha oldu – personal şirkətə qarşı hörmətsizdir sanki.
Böyük bir neçə layihəni batırmış böyük sahibkar dostum mənə həmişə deyir ki, Fəxri bəy, mən işə yaxşı başlayıram- idarəçilik hissəsində biznes batır. Bu mövzuda isə hər şey əslində çox sadədir – yatırım edən insan düşünür ki, artıq bir dəfə yatırım bəs edir + idarəçilik çox sadədir, nə var ki bunu etməyə : adamları yığırsan, başa salırsan, sonra da üstünə qışqıra-qışqıra işini etdirirsən. Olmur. Artıq olmur belə. Bunun tərsi – işi quran adam gözü bağlı hər şeyi ən güvəndiyi adama etibar edir.
RELAX Lerik sahiblərini, rəhbərlərini şəxsən tanımıram. Amma bu mərkəzi çox bəyəndim və ümid edirəm ki, bu biznesin davamlı, stabil və güclü qalması üçün insan sərmayəsinə diqqət yetirməlidirlər.
Bütün bu yazdıqlarımın bir pillə üstünə çıxsaq isə bunu deyə bilərəm ki, Azərbaycanda belə layihələrin, bizneslərin olması sevindiricidir və sahibkarlarımız da işləyə-işləyə işi təkmilləşdirəcəklər. Bunu sürətləndirmək də olar əlbət ki – bu da onların özlərinə bağlıdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-08-2019, 16:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-08-2019, 16:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32