"Həkimə inandım, nə dedisə, elədim, halbuki diaqnozu düz qoymamışdılar" - GİLEY
Şirvan şəhərində yaşayan Müşfiq İsmayılovun cəmi 48 yaşı var, amma yeriyə bilmir. İki ildir yataq xəstəsinə çevrilib… regionxeberlericom.az DİA.AZ-a istinadən xəbər verir ki, Müşfiq Şirvanda fərdi tikintilərdə usta işləməklə ailəsini dolandırırmış. İki il əvvəl hündürdən yıxılıb, omba sümüyü sınıb. Deyir ki, həkimlər ona səhv diaqnoz qoyublar, iki ay tamam ayrı istiqamət üzrə müalicə alıb:
“Təcili tibbi yardım maşını gəldi. Sonradan xəstəxananın həkimi təcili tibbi yardımın qoyduğu diaqnozu təsdiqlədi. Dedilər ki, sinir damarın dartılıb. İki ay evdə müalicə aldım. Həkimə inandım, nə dedisə, elədim. Halbuki diaqnozu düz qoymamışdılar. Bahalı dərmanlar aldırırdılar”.
Müşfiqin hərəkət qabiliyyəti məhdudlaşıb. Danışır ki, bütün günü uzanır. Bizimlə həyətdə oturduğu yerə işarə vurur: “Ən uzaq getdiyim məsafə bura qədərdi”.
Müşfiq deyir ki, sonradan Bakıda ona əməliyyatın vacibliyini bildiriblər. Çox klinikaya baş vurublar, ucuz yer axtarıblar. Amma 7 min manatdan aşağı düşən olmayıb:
“Təkcə Şirvanda bir həkim dedi ki, 4 min manata əməliyyat eləyərəm. O pul da yoxdur, necə eləyim?!”
“8 manat üçün bütün günü işləyirəm”
Müşfiqin həyat yoldaşı Ruhiyyə İsmayılova Şirvandakı restoranlardan birində qabyuyan işləyir. “8 manat üçün bütün günü işləyirəm”, – deyir. Başqa çarə yoxdur. Dördnəfərlik ailənin yükü tamamilə onun üzərinə düşüb. Müşfiq heç çəliklə də yeriyə bilmir.
Evin böyük uşağı olan oğlu da ürək xəstəliyindən əziyyət çəkir. Buna görə hərbi xidmətə aparmayıblar. Ailənin qız ovladı orta məktəbi yenicə bitirib.
Ruhiyyə hər gün işləyir. Beş gün gündüz, beş gün gecə növbəsində olur. Amma 8 manatla dolanmaq mümkün deyil: “Mən də işləməsəm, acından ölərik. Qohumlar ərzaq baxımından kömək eləməyə çalışır. Amma hamının vəziyyəti ağırdı“.
Ruhiyyə hər dəfə söhbətə qoşulanda daha çox həyat yoldaşının səhhəti üçün narahatlıq ifadə edir. Onsuz da həmişə çətinlik olub. Amma indi Müşfiqin əməliyyatı hər şeydən vacibdir.
“Gözümüzün qabağında şam kimi əriyir”
Müşfiq danışdıqca dilxor olur, susur. Bacısı Reyhan İsmayılova söhbətə qoşulur. Deyir ki, qardaşıgilin ailəsi çox ruhdan düşüb. Çünki mübarizə aparmağa gücləri yoxdur: “Bir adamın ki evinə günə 8 manat pul gələ, necə dolanarlar?! Nə pensiya alır, nə də sosial yardım. Ustalıq eləyəndə ailəsini saxlaya bilirdi. İndi çox ağır vəziyyətdədilər. Lap tutaq ki, hərə bir az ərzaq gətirdi. Bununla ailə dolanmaz. Bu dəqiqə mənim 40 manat supulu borcum var, ödəyə bilmirəm, pensiyanı gözləyirəm. Görün qardaşım nə çəkir… Gözümüzün qabağında şam kimi əriyir. Bu boyda igid niyə yataq xəstəsi olsun?!”
Müşfiqin ailəsi ilə yaşadığı ev ümumi həyətdədi, özü də nimdaş vəziyyətdə. Reyhan İsmayılova deyir ki, bu yarımçıq tikili mərhum atasından qalıb, sonradan qardaşı heç bir iş görə bilməyib.
Müşfiq dillənir: “Mənim üçün həddindən artıq ağırdı. Ailəyə kömək eləyə bilmədiyimə görə çox əzab çəkirəm”.
Ruhiyyə təkcə onu əlavə eləyir ki, indi ən əsası həyat yoldaşının sağlamlığıdır…
Söhbətimiz bitir. Müşfiq çətinliklə ayağa qalxıb siqaret yandırır…
Paylaş:
Müəllif : Yazar
Tarix:6-08-2019, 16:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-08-2019, 16:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32