reklam
Regionxeberlericom.az » Sosial » Pulu bankda saxlamaq təhlükəsizdirmi: - "Tarix dəfələrlə bank iflaslarının şahidi olub"

reklam

Pulu bankda saxlamaq təhlükəsizdirmi: - "Tarix dəfələrlə bank iflaslarının şahidi olub"


Etibarlı gələcəyə sahib olmağın vacib aspektlərindən biri şübhəsiz ki, pula qənaət etməkdir. Ehtiyat pulun olması həyatın qeyri-müəyyənliklərindən, maneələrdən yayınmağa kömək etməklə, ehtiyac olan anda dəstək təmin etməyə də yardımçı ola bilər. Qənaət etmək üçün isə bir neçə seçim alternativi vardır.

Pulumuzu harda saxlayaq?

Maliyyə institutlarına inamın aşağı olduğu, maliyyə təşkilatçılığı və insanların maliyyə savadlılığının zəif olduğu iqtisadiyyatlarda yığımlar əsasən nağd şəkildə evdə saxlanılmaqla həyata keçirilir. Ancaq müəyyən çatışmazlıqlar onu bank və ya investisiya hesabında saxlamaqdan daha riskli edir. Belə ki, nə məqsədlə olmasından asılı olmayaraq, evdə saxlanılan pulun miqdarı artdıqca ortaya çıxacaq mümkün risk ehtimalları da yüksəlir.

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ilk növbədə iradə insanlara görə dəyişən xüsusiyyətdir. Əgər siz evinizdə nağd pul saxlamağa üstünlük verirsinizsə, bu zaman onu xərcləməmək üçün özünüzə mütləq bir sərhəd də qoymağı bacarmalısınız. Çünki, nağd şəkildə saxlanılan vəsait, həm də xərcləmənin alternatividir. Üstəlik pulu evdə saxlamaq onun zədələnməsi və ya oğurlanması kimi hallarla da nəticələnə bilər. Bu baxımdan, pulun həm özünü, həm də dəyərini qorumaq üçün daha etibarlı yer banklardır.

“Pulu banklarda saxlamağın son dərəcə əhəmiyyətli səbəblərinə, həmçinin onun inflyasiyadan qorunması üçün müəyyən faizlə və istənilən təhlükə zamanı sığorta ilə təmin edilməsidir. Bununla belə birmənalı olaraq maliyyə institularının da bu cəhətdən tam güvənli olduğunu söyləmək olmaz. Ona görə ki, tarix dəfələrlə müxtəlif səviyyəli bank iflaslarının şahidi olub. Düzdür, tənəzzül zamanı dövlət əhalinin əmanətlərini qorumaq və bərpa etmək cəhdləri etsə də, bir çox hallarda bu pulun bir hissəsini və ən əsası gecikmələrlə əhatə edir”-deyə iqtisadçı bildirib. Onun sözlərinə görə, pulu bankda saxlamağın digər neqativ cəhəti isə yenə də maliyyə böhranları ilə əlaqədardır, bu milli valyutanın dəyərini qorumaq üçün həyata keçirilən tədbirlərdən irəli gəlir.

Məsələn, ölkə valyutasının məzənnəsi kəskin ucuzlaşarsa onu dəyərləndirmək üçün mərkəzi hökumət bazarda milli valyutanın bolluğunu azaldır və bu çərçivədə insanların öz əmanətlərinə çıxışlarını məhdudlaşdırır. Bundan başqa, xüsusən fövqəladə hallar zamanı evdə müəyyən bir məbləğdə nağd pul saxlamaq ehtiyat tədbiri kimi yaxşı bir fikir ola bilər. Ancaq, bu kimi hadisələrin hər zaman baş vermədiyini və daha əvvəl də sadaladığımız məqamları nəzərə alaraq, insanların öz əmanətlərini banklara etibar etmələri yenə də ən düzgün variant hesab edilməkdədir.




Paylaş:


Müəllif : Tarix:
16-01-2023, 14:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər