reklam
Regionxeberlericom.az » Sosial » Əlil ailəsi sosial yardım ala bilmir... - GİLEY

reklam

Əlil ailəsi sosial yardım ala bilmir... - GİLEY

Lənkəranın Boladi kənd sakini Turab Məlikov həm nitq qüsurludur, həm də eşitmə problemi var. Buna görə də heç yerdə işləyə bilməyən vətəndaş ailəsinə və 3 yaşlı övladına çox çətinliklə baxır. Bu haqda onun qardaşı Valeh Məlikov Toplum TV-nin qaynar xəttinə yazıb. Şikayətçi qardaşının ünvanlı sosial yardım almaq istədiyini, ancaq bununla bağlı hara, kimə müraciət edəcəyini, hansı sənədlərin lazım olduğunu bilmədiyini qeyd edir.

“Qardaşım nitq qüsurludur. Eşitmə qabiliyyəti də çox zəifdir. Ailədə 3 nəfərdir, özü, yoldaşı və 3 yaşlı övladı. Uşaq balaca olduğu üçün yoldaşı işləmir. Özünün də işləmə qabiliyyəti yoxdur. Çox çətinliklə, ana-atamın pensiyası ilə dolanırlar. Ünvanlı sosial yardımla bağlı müraciət etmək istəsə də, bilmir hara, kimə müraciət etsin”.

Qardaşının dolanışıqlarının çox çətin olduğunu deyən şikayətçi Toplum TV vasitəsilə onlara bu mövzuda bir yol göstərilməsini xahiş edir.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxlayıb şikayətçinin xahişini çatdırdıq. Bir neçə saatdan sonra R. Mehdili Toplum TV-ə vətəndaşla artıq əlaqə saxlanılaraq ona qanunvericiliyin izah edildiyini bildirdi.

“Lənkəran şəhəri Boladi kənd sakini Turab Məlikovun ünvanlı sosial yardımla bağlı elektron sistemə müraciəti olmayıb. Telefon əlaqəsi yaradılaraq ailənin sosial yardım almaq hüququnun müəyyənləşdirilməsi üçün suallar verilib. Məlum olub ki, ailə 5 nəfərdən (özü, həyat yoldaşı, 3 yaşlı övladı, valideynləri) ibarətdir. Turab Məlikov nitq məhdudiyyətli olsa da, əlilliyi qiymətləndirilməyib və hazırda işsizdir. Həmin şəxsin əlilliyi və ya məşğulluğu olarsa, ünvanlı sosial yardımla bağlı müraciətinə baxıla bilər. Qeyd edək ki, Turab Məlikov nitq məhdudiyyətli olduğuna görə qardaşı Valeh Məlikovla əlaqə yaradılıb məlumatlandırılıb və qanunvericilik izah edilib”.

Şikayətçi deyilən sənədləri toplayıb ünvanlı sosial yardımla bağlı müraciət edəcəyini deyir.

Məsələni diqqətdə saxlayacağıq.

Toplum TV




Paylaş:


Müəllif : Tarix:
19-01-2023, 08:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər