reklam
Regionxeberlericom.az » Sosial » Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsi birləşir? - Gözlənti

reklam

Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsi birləşir? - Gözlənti


"Mikayıl Cabbarovun təyinatından sonra Vergilər Nazirliyinin gücləndirilməsi prosesi gedir. Hakimiyyət kluarlarında aparılan müzakirələr onu düşünməyə əsas verir ki, yaxın zamanlarda Gömrük Komitəsi də Vergilər Nazirliyinə birləşdiriləcək. Bəlkə də bu işin xeyrinə olar”.

Sfera.az-a açıqlamasında bu sözləri son günlər Dövlət Gömrük Komitəsinin ləğvi və onun Vergilər Nazirliyinə birləşdiriləcəyilə bağlı fikirlərə münasibət bildirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib:

"Son dövrlər dövlət strukturlarının yığcamlaşdırılması, idarəetmədə səmərəliliyin artırılması üçün müəyyən tədbirlər, islahatlar həyata keçirilir. Bu baxımdan Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi məsələsi də tez-tez gündəmə gətirilir. Ümumiyyətlə, Mikayıl Cabbarovun nazir təyin edilməsindən sonra Vergilər Nazirliyinin gücləndirilməsi prosesi gedir. Bu nazirliyə bir sıra əlavə səlahiyyətlər verilib. Son zaman gedən proseslər, habelə hakimiyyət kluarlarında aparılan müzakirələr onu düşünməyə əsas verir ki, yaxın zamanlarda Gömrük Komitəsi Vergilər Nazirliyinə birləşdiriləcək.Perspektivdə bu məsələnin reallaşacağı gözləniləndir”.

Ekspert düşünür ki, Gömrük Komitəsinin Vergilər Nazirliyinin sərəncamına verilməsi işin xeyrinə olacaq: "Əslində Gömrük Komitəsinin ləğvindən söhbət getmir, adıçəkilən qurum Gömrük Xidməti formasında fəaliyyətini davam etdirəcək. Sadəcə olaraq, həmin xidmət Vergilər Nazirliyinin tabeliyinə veriləcək. Bu təcrübə bir çox ölkələrdə mövcuddur. Hesab edirəm ki, Azərbaycanda da belə bir təcrübənin tətbiqi normal qiymətləndirilməlidir. Bəlkə də,bu işin xeyrinə olar”.


Paylaş:


Müəllif : Tarix:
7-08-2019, 09:51
Sikayət   


loading...
Загрузка...