Rusiyanın VARDANYAN PLANI... - NƏ YERDƏ QALDI?..
Qarabağda separatçılar arasında qarşıdurma davam edir. Regionxeberlericom.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, keçmiş “komanda” yeni gələnləri nəinki qəbul etmir, hətta onları gətirəni belə istefaya məcbur edirlər.
Qeyd edək ki, yanvarın əvvəlindən separatçıların rəhbəri Arayik Harutyunyanla “dövlət naziri” Ruben Vardanyan arasında münasibətlər gərginləşib. Bir neçə gün əvvəl isə Harutyunyan Vardanyandan istefa verib, Qarabağı tərk etməsini tələb edib. Lakin tərəflər arasında keçirilən görüşlərdən sonra ümumi ortaq razılaşmaya gəliblər. Həmin razılaşmanın şərti bu olub ki, Vardanyan qalır, lakin onun komanda qurmaq səlahiyyəti əlindən alınır. Yəni, bütün postlara təyinatları Arayikin özü edəcək.
Laktin bu gün məlum olub ki, separatçılar arasında razılaşma artıq pozulub. JAMAZ.İNFO “Jamanak” qəzetinə istinadən xəbər verir ki, Harutyunyan bir müddət əvvəl Vardanyanın tələbi ilə “təhlükəsizlik şurasının sədri” postundan uzaqlaşdırdığı Vitali Balasanyanı geri qaytarmağa hazırlaşır. Halbuki Vardanyan Vitonu uzaqlaşdırmaq üçün Arayikin qarşısında şərt belə qoymuşdu: “Ya o, ya da mən”. Həmin xəbərlərə görə, Balasanyan yaxın günlərdə əvvəlki “vəzifə”sinə qayıtmasa da, onu Arayikin “müşaviri” təyin edəcəklər.
“Jamanak” yazır ki, Ruben Vardanyan və Arayik Harutyunyan arasındakı münasibətlər üzdə xoş görünsə də, arxa planda gərginlik davam edir. Qəzetin məlumatına görə, Arayik Rubenin istefa verməsi üçün təzyiqlərini davam etdirir. Yaxın günlərdə isə Vardanyana töhmət veriləcəyi belə gözlənilir.
Qəzet iddia edir ki, Vardanyanın Qarabağdan getməsinin əsas əsbəbi Azərbaycanın bunu israrla istəməsidir. Çünki məhz rusiyalı milyarder Qarabağa gəldikdən sonra separatçılıq meyilləri yenidən şiddətlənməyə başlayıb. Üstəlik, onun açıqlamaları və atdığı addımlar da rəsmi Bakının qəzəblənməsinə səbəb olub.
Bu əsnada, “Jamanak” yazır ki, Rusiya da Ruben Vardanyanın arxasından çəkilməyə başlayıb. Həmin məlumata əsasən Kreml Vardanyanın istefaya göndəriləcəyi təqdirdə hər hansı bir reaksiya verməyəcəyi barədə Ermənistan və Qarabağdakı separatçıları əmin edib. Hətta bu yaxınlarda İrəvana göndərdikləri ismarıcda da bildiriblər ki, separatçıların rəsmisi olan Vardanyan onlar üçün əvvəlki əhəmiyyətini saxlamayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-01-2023, 13:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər