“Vostok” Media Holdinqinin vitse-prezidenti: “Azərbaycanla bağlı proyektlərimiz olacaq”
Xəbər verdiyimiz kimi, Rusiyada jurnalist kimi fəaliyyət göstərən həmyerlimiz Şəhriyar İmanbəyli media sahəsində yüksək vəzifəyə təyin edilib. Belə ki, gənc jurnalist Rusiyanın “Vostok” Media Holdinqinin vitse-prezidenti seçilib. O, həmçinin, həmin media holdinqin tərkibindəki "Vostok" telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcək.
Modern.az saytı Şəhriyar İmanbəyli ilə əlaqə saxlayaraq, müsahibə alıb.
- Şəhriyar bəy, öncə sizi daha yaxından tanıyaq. Harada doğulmusunuz? Orta və ali təhsli harada almısınız?
- 1991-ci ildə Hacıqabulda müəllim ailəsində dünyaya gəlmişəm. Orta məktəbi də rayonda bitirmişəm. Daha sonra Azərbaycan Ictimai-Siyasi Universitetinin jurnalistika fakultəsini bakalavr olaraq başa vurmuşam. Ali təhsilimi başa vurandan sonra Sərhəd Qoşunlarında hərbi xidmət keçmişəm. Hərbi xidmətimi bitirəndən sonra Türkiyəyə getmişəm. Türkiyənin Marmara Universitetində jurnalistika təhsili ilə bağlı bir neçə kursa qatılmışam. Qısamüddətli olaraq vətənə geri dönəndən sonra Amerikaya yollanmışam. Amerikanın Corctaun Universitetində master-klass təhsili almışam. Həmin müddət ərzində Amerikanın “Vaşinqton Post” qəzetində və CNN kanalında təcrübə keçərək, ştatdankənar işçi kimi fəaliyyət göstərmişəm. Oradakı təhsilimi başa vurandan sonra fikirləşdim ki, Rusiyaya yollanım və oradakı media sahəsi ilə maraqlanım. Media sahəsində Rusiyanın əsas ürəyi olan “Ostankino”ya getdim və orada da təhsil aldım.
- Bir çox yerlərdə jurnalistika təhsilini davam etdirsəniz də, gənc olaraq Rusiyanın “Vostok” Media Holdinqinin vitse-prezidenti seçildiniz. Bu etimad necə baş verdi?
- Birdən-birə olmadı. Rusiyada olanda “Xəzər” TV-nin Rusiya müxbiri kimi iş təklifi aldım. Ona görə də Rusiyada qalıb işləməyə başladım. Əslində iş təklifləri çox idi. Ancaq Rusiyada qalmağı nədənsə daha üstün tutdum. 2 il bundan öncə Rusiya Xarici İşlər Nazirliyi Diplomatiya Akademiyasının Beynəlxalq əlaqələr fakultəsinə magistr olaraq qəbul olunmuşam. Hazırda dövlət xətti ilə təhsilimi davam etdirirəm. Eyni zamanda, mənə bu etimadı göstərdiyi üçün başda "Vostok” Media Holdinqin sahibi və prezidenti Valeri İlişayevə dərin təşəkkürümü bildirirəm. Rəhbərlik daha öncədən məni tanıyırdı. Görəcəyim işlər və nəyə qadir olduğunu bilirdi. Yəqin ki, buna görə etimadnamə göstərib və belə bir vəzifəyə təyin etdilər.
- Hazırda Rusiyada qeyri-millətlərdən olanlara qarşı münasibət necədir?
- Rusiyada qeyri-millətdən olanlara qarşı 1990-cı illərlə müqayisədə böyük fərq var. Həmin illərdə ruslar daha çox millətpərəst idilərsə, bu gün elə ab-hava yoxdur. Anlayırlar ki, Rusiya böyük dövlətdir və orada bir çox xalqların nümayəndələri yaşayır. Həmçinin, Rusiyada miqrantlar da çoxdur. Bir çox insanlar işləmək üçün Rusiyaya üz tutur. Nisbətən fərqlilik olsa da, şovinist elementləri yoxdur.
- Dediyiniz kimi, Rusiyada qeyri-millətlərin nümayəndələri daha çox yaşayır. Həmçinin soydaşlarımızın da sayı çoxdur. Rusiyada yaşayan azərbaycanlılarla münasibətləriniz hansı səviyyədədir?
- Rusiyada yaşayan azərbaycanlılarla münasibətlərim var. Təbii ki, onlarla ünsiyyətdə olmaq xoşdur. Yad məmləkətdə öz həmvətənini görmək, onunla ünsiyyət qurmaq, darıxmaq hissini aradan qaldırır. Hər bir soydaşımızla normal əlaqələr qurmuşam və hesab edirəm ki, bu sonuna qədər bu formada davam edəcək.
- Rusiya televiziya kanallarına ekspert kimi çıxan Fuad Abbasov vardı ki, bu yaxınlarda Azərbaycana ekstradisiya olundu. Yeganə azərbaycanlı idi ki, Rusiya efirlərinə çıxıb siyasi polemikalarda iştirak edirdi. Gələcəkdə sizin də Rusiya kanallarına çıxmaq fikriniz varmı? Ümumiyyətlə, hər hansı təklif almısızmı?
- Hazırda beynimdə efirlərə çıxmaq və ekspert kimi çıxış etmək fikrim yoxdur. Fuad Abbasovu da tanıyıram və çox yaxşı münasibətlərimiz olub. Hazırda Rusiya kanallarına çıxmaqla bağlı nə təklif almışam, nə də belə planım var. Çünki bizim “Vostok” televiziya kanalımızın işləri o qədər çoxdur ki, orada görəcəyimiz işlər Azərbaycan və xalqımız üçün çox önəmli rol oynayacaq. Hesab edirəm ki, həmin televiziyaya biz kimlərisə ekspert olaraq dəvət edəcəyik. Ancaq nə zamansa Rusiya telekanallarından efirə çıxmaq üçün təkliflər olarsa, dəyərləndirə bilərəm.
- Rusiyada ermənilər də çoxluq təşkil edir. Azərbaycanlının belə bir vəzifəyə təyinat almasına necə reaksiya verdilər?
- Açığı belə bir sualı gözləyirdim. Ermənilər tərəfindən bizə qarşı hər zaman paxıllıq olub. Düşünürəm ki, bu həmişə olacaq. Bəlkə də kollektiv arasında da belə hallar var, ancaq bunu hiss etmirəm. Valeri İlişayevin bizə qarşı etimadı var və çalışacağıq ki, o etimadı doğruldaq.
- “Vostok” Media Holdinqə azərbaycanlıları da dəvət etməyi düşünürsünüzmü?
- İşini bilən insanlara hər zaman hər yerdə qapı açıqdır. Təbii ki, azərbaycanlıları da dəyərləndirməyə çalışacağıq. Peşəkarlıqdan söhbət gedirsə, bu çox vacib məsələdir. Jurnalistika elə sahədir ki, “filankəs bacımoğlu, xalamoğludur” prinsipi ilə idarə oluna bilməz. Burada mütləq peşəkarlıq və istedad zəruri rol oynayır. Təbii, Azərbaycanla bağlı planlarımız var və “Vostok” televiziyasında həmin planları həyata keçirəcəyik. Azərbaycanla bağlı həyata keçirəcəyimiz proyektlər, planlar barədə ətraflı öncədən məlumat vermək istəmirəm. Zamanla bunların şahidi olacaqsınız.
- Şəhriyar bəy, ailəlisiniz. Təhsilinizi davam etdirmək üçün fasiləsiz olaraq Amerikada, Türkiyədə, Rusiyada yaşamalı olmusunuz. Ailə qurmaq məsələsində seçiminiz və qərarınız sizə məxsusdurmu? Xanımızla harada tanış olmusunuz?
- Maraqlı sualdır. Həyat yoldaşımla Moskvada tanış olmuşuq. Deməli seçim və qərar da mənə məxsusdur. O vaxtlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR gənclər təşkilatının Plexanov Universiteti üzrə sədr idi. Həyat yoldaşım Plexanov Universitetinin hüquq fakultəsinin məzunudur. 2016-cı ildə ailə həyatı qurduq. Ömrə adlı oğlumuz var. Hazırda həyat yoldaşım Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır.
- Sizin işiniz bundan sonra Rusiya ilə əlaqəli olacaq. Çünki işinizi orada davam etdirirsiz. Ailə olaraq tam köçməyi düşünürsüzmü?
- Təbii, gələcəkdə bu işə baxacağıq. Hər halda, ortaq nöqtə tapacağıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-08-2019, 09:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-08-2019, 09:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07