reklam
Regionxeberlericom.az » Sosial » Turizm gözəl şeydir eee, amma... - Biabırçı mənzərə...

reklam

Turizm gözəl şeydir eee, amma... - Biabırçı mənzərə...


Şərqdə doğulan təmizlik mədəniyyəti amansızcasına elə öz beşiyindəcə öldürüldü. İnanırsınız, əminəm, amma rahat deyiləm. Heç siz də deyilsiniz.

Alimlərin sözlərinə görə, Yer üzündə 3 milyon il bundan əvvəl yaşayan ilk ibtidai insanlar ölməyib. Onlar indiyədək Bakının hündürmərtəbəli binalarında yaşamağa davam edir və fürsət olan kimi regionlarımıza üz tuturlar. Tədqiqatın nəticələrində deyilir ki, bu ibtidailər təmizliyə qarşı allegriyanın şiddətli formasından əziyyət çəkir.

Sübut olaraq, hər birimizin yaşadığı ərazidə zibil atmaq mədəniyyətinin istiqamətini murdarlığa dəyişən qonşularımızın olması göstərilib. Utanaraq etiraf edirəm ki, sürətinə yetişə bilmədiyimiz çağdaş dövrümüzdə hündür binaların yanından keçərkən, hələ də başımıza içi uşaq nəcisi ilə mükafatlandırılmış (ən yaxşı halda) pampers və digər adını çəkə bilmədiyim tullantıların düşməsi halı, eləcə də onun real qurbanı olma "şansımız" kifayət qədərdir.

Təəssüf ki, yenə də utanaraq etiraf edəcəm ki, Bakının romantika və rahatlıq vəd etməyən istisindən qaçıb bölgələrimizə üz tutan turistlərin ibtidai versiyaları dincəlmək siyasətini meşələri zibilləmək üzərində qurur. Bəli, bu adamlar bizdə başqasının ayıbından utanmaq hissini inkişaf etdirmək üçün daim yeni yollar axtarır və bu yolda öz müqəddəs missiyalarını böyük şövqlə yerinə yetirirlər.

Gələk təbiət təmizliyi haqqında bu qədər ağız dolusu gileyin özünə... Bu yaxınlarda üz tutduğum Qəçreş meşələrində elə səhnələrin şahidi oldum ki, nə siz soruşun, nə də mən dil açım... Şərqdə və İslamda bəh-bəhlə təriflədiyimiz təmizlik mədəniyyətinin sözün həqiqi mənasında süqutu... Bəs tarixçilərin “tualet"in Şərqdən Qərbə keçməsi ilə bağlı səsləndirdiyi fikirlər nə olsun? Avropa üçün nümunə olan Şərq mədəniyyəti və gigiyenası?

Yaşıllığın müalicəvi gücü olduğunu qeyd edən psixoloqlar deyir ki, insan əzabının elə bir həddi var ki, ona insan təsəlli verə bilməz. Bu təsəllini ancaq təbiət verə bilər. Amma gördüyüm mənzərələr qulağıma pıçıldayırdı ki, bu dəqiqə təbiətin bizim təsəlli və qayğımıza ehtiyacı var. Paklığı və saflığı zir-zibillə ləkələnmiş zavallı meşə Bakıdan özümlə gətirdiyim dincliyimi də əlimdən qopardı.

Nə qədər təəccüblü olsa da, aşağıdakı şəkillər hər hansı zibillərin çeşidlənməsi zavodunun yox, kölgəsi bir yığın şirin, qazlı və spirtli içki şüşələri ilə dolu olan Qəçreş meşələrinin görüntüləri və ya şəhər mədəniyyətini özü ilə kəndlərə aparan turistlərin əl izləridir. Və bu şəkillər gördüyüm mənzərələrin sadəcə bir hissəsidir.

Ardına isə siz şərh verin... //publika.az//





Paylaş:


Müəllif : Tarix:
7-08-2019, 12:55
Sikayət   


loading...
Загрузка...