reklam
Regionxeberlericom.az » Sosial » "Azneft" rəhbərliyinin DAHA BİR ÖZBAŞINALIĞI... - BU DA FAKT!!!

reklam

"Azneft" rəhbərliyinin DAHA BİR ÖZBAŞINALIĞI... - BU DA FAKT!!!

 ""Azneft" İB 1 sayli ixtisaslasdirmish neft-meden xususi texnika idaresinin rəisi Coşqun Mayılov işçisi Manafov Ramizi Əmək Məcəlləsinin 70 ç bəndinə əsasən 12.01.2023-cü il tarixindən işdən azad etmişdir. Lakin sizcə, cənab C.Mayılov, bilmək istərdim 12.02.2022-ci il tarixdən xəstəlik vərəqəsi alan, 1 ilə yaxın xəstə olan, TSEK tərəfindən bu ilin yanvar ayında 3-cü qrup əlillik alan, 01.12.2022-10.01.2023-cü il tarixində də bülletendə olan işçi ilə bağladığınız Əmək müqaviləsi, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası) ilə necə ləğv oluna bilər??? "üzürsüz səbəbdən “ 01 dekabrdan 10 yanvara qədər işdə olmama səbəbinə görə?" Bu açıqlama ilə tanınmış hüquq-müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı çıxış edib.

M. Qəhrəmanlı daha sonra öz mövqeyini belə əsaslandırır: "Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndi:

- Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi.

İşçinnin 01.12.2022 - ci 10.01.2023-cü il üçün işə gəlməməsi 3 halda əsassız hesab edilə bilməz:

1.Bu günlər üçün işçinin xəstəlik vərəqəsi var.

2. İşçi artıq 1 ildir ki, müalicə alır, uzun müddət xəstəlik vərəqəsi təqdim edib və 3-cü qrup əlillik dərəcəsi alıb.

3. Müalicə aldığı xəstəxana tərəfindən 01.12.2022 - ci il tarixində əlillik dərəcəsi təyin edilməsi üçün TSEK-ə göndərilib, 03.01.2023 - cü il tarixində üçüncü qrup əlilliyi təsdiq olunub, 09.01.2023 - cü il tarixində həmin sənəd işçiyə verilib, işçi tərəfindən isə 1 gün sonra müəssisəyə təqdim edilib. R.Manafov müəssisəyə əmək qabiliyyətli olmama vərəqəsi təqdim etsə də, işəgötürən xəstəlik vərəqələrini şübhəli hesab edərək geri qaytarmışdır.

Qeyd:30.12.2022-ci il tarixində İdarə tərəfindən 1 saylı İNMXTİ-nin Həmkarlar İttifaqı Komitəsinə (HİK) R.Manafovun əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı müraciət edilmişdir. Həmişə olduğu kimi daima işəgötürənin “yanında” olan HT işçinin işdən azad olunmasına razılıq vermişdir".









Paylaş:


Müəllif : Tarix:
24-01-2023, 09:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər