reklam
Regionxeberlericom.az » Sosial » “İkinci dəfədir güzəştli mənzil almağa cəhd edirik, yenə alınmadı” - GİLEY

reklam

“İkinci dəfədir güzəştli mənzil almağa cəhd edirik, yenə alınmadı” - GİLEY


“İkinci dəfədir güzəştli şərtlərlə mənzil əldə etməyə çalışıram. Hövsan qəsəbəsində 3 otaqlı mənzildə qayınata və qayınanamla birlikdə yaşayıram. Ümid edirdim ki, bu dəfə alınacaq, amma olmadı”.

Bunu Bakı sakini Gülnar Qasımova Musavat.com-a müraciət edərək İpoteka və Kredit Zəmanət Fondunun bu günə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı şikayətində bildirib. O, qeyd edib ki, müraciət üçün e.gov.az-a giriş edib, lakin 10:45-də müraciət edənləri sistemdən çıxarıblar: “Fonda zəng elədik, dedilər ki, sistem çöküb. Gün ərzində yenidən elan olacaq. Daha öncə Mənzil İnşaatı Dövlət Agentliyindən də mənzil almağa cəhd etmişdik. Ailəliyəm, 2 uşağım var. Dövlətin yaratdığı bu güzəştlərdən istifadə etmək istəyirəm, amma mümkün olmur”.

İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Namiq Mailov Musavat.com-a bildirdi ki, bu günə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulunu qısa müddətə təxirə salıb: “Azərbaycanda ipoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülməkdədir. İpoteka kreditləri üzrə müraciətlərin qəbulunun başlama vaxtı ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.




Paylaş:


Müəllif : Tarix:
24-01-2023, 16:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər