Oqtay Şirəliyevin qəssabları iş başında... - GİLEY
“9 ayın gəlininin həyatını cərrahiyyə əməliyyatı zamanı bir göz qırpımında məhv etdilər. Orqanlarını çıxarıb, meyitini “morq”a yolladılar. Ekspert meyiti yaranda gördü ki, uşaqlığı, cifti yerində yoxdur. Bakıya – Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənova zəng vurub məlumat verdi. Direktor xəstəxana rəhbərliyi ilə danışandan sonra xəstəxana işçilərindən biri uşaqlıq orqanını sellofan torbada “morq”a gətirib ekspertə təhvil verdi”.
Və bütün bunlar film deyil, əsər yazan hansısa yazıçının beyninin məhsulu da deyil. DİA.AZ bildirir ki, bütün bunlar Tovuzun İbrahimhacılı kəndində yaşayan bir ailənin başına gələnlərdir. Həkimlərin əlində həyatını faciəli şəkildə itirənsə 9 ayın gəlini olan 21 yaşlı Aytac Tağıyevadır.
Hələ doğulmayan körpəsinə ad da seçmişdi – Mələk
9 ay əvvəl 21 yaşlı Aytac qonşuluqdakı Fəridlə ailə qurur. Tezliklə xəbər tutur ki, hamilədir. Aytac hamiləliyinin 4-cü ayında uşağın cinsini də öyrənir, adını da qoyur – Mələk. Hamiləliyin 9-cu ayında Mələyi əməliyyat yolu ilə dünyaya gətirir. Ancaq körpəsinin üzünü belə görmədən, əməliyyat masasındaca gözlərini həmişəlik yumur.
Aytacın ailə üzvlərinin danışdıqlarını həyəcansız dinləmək olmur. Anası, atası, qaynanası, dayısı – bir-birlərinin sözünü kəsə-kəsə danışırlar. Ata sanki sönüb, səsi zorla eşidilir, anayla qaynana qəhərlərini boğa-boğa, dayı isə əsəbi, əl-qol ölçə-ölçə, emosional danışır.
Söhbət ondan gedir ki, iyunun 5-də axşam saatlarında Aytac Tağıyeva doğuş sancılarıyla Tovuz Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə götürülüb. Şöbənin həkimi Xatirə Quliyeva Aytacı təbii doğuşa hazırlasa da, təbii doğuş alınmayıb. Növbəti gün – iyunun 6-da səhər saatlarında Xatirə Quliyeva Aytacın ailəsinə bildirib ki, pasiyent təbii doğuş edə bilmədiyi üçün körpəni qeysəriyyə yolu ilə götürəcəklər. Əməliyyatı doğum şöbəsinin cərrahı Çingiz həkim edib. Ailə üzvləri deyir, qeysəriyyə əməliyyatı ilə körpə sağlam vəziyyətdə çıxarılıb, əvvəlcə ananın da durumu normal olub. Ancaq həmin gün axşam saatlarında vəziyyəti ağırlaşıb.
“Bütün günü maye axdı”
Aytacın anası Gülxanım Xalıqverdiyeva danışır:
“Gün ərzində Aytacı görürdük, onun yarasına şəffaf şlanq taxılmışdı, şlanqdan qırmızı rənglə çirkin qarışığı maye axırdı. Biz cərrahdan soruşduq ki, bu qan niyə axır? O da şlanqı iylədi, dedi, qan deyil, çirk də deyil. Dedik, bəs nədir? Dedi, mən də bilmirəm”.
Aytacın qaynanası Məlahət Əhmədova:
“Dedim, ay Çingiz həkim, bütün günü bu şlanqdan qandır, çirkdir, nədirsə axır, dayanmır. Bəlkə gəlinin qarnında qayçı qalıb, ya nəsə başqa cərrahiyyə aləti qalıb. Kinolarda tez-tez görürük axı belə şeyləri... Güldü, “yox, xəstənin qarnında torbamı unutmuşam”, deyib, getdi.
“Qızımı o xəstəxanadan çıxarmaq istəyirdim”
Atası Fəzail Tağıyev deyir, həmin axşam Aytacın vəziyyəti ağırlaşıb. Onlar təcili yardım maşını ayrılaraq xəstənin başqa xəstəxanaya götürülməsini tələb ediblər:
“Baxdıq ki, Çingiz həkim çox savadsızdır, həkimə yaraşmayan hərəkətlər edir, şlanqı iyləyir, deyir, qan deyil, çirk də deyil, bilmirəm nədir. Sanki xəstəylə, xəstənin ailəsiylə mırt tutur. Biz də tələb etdik ki, Aytacın başqa xəstəxanaya götürülməsi üçün təcili yardım maşını ayrılsın. Çingiz həkim bizi yola gətirdi ki, iynə-dərmanla Aytacın səhhətini düzəldəcək, səhər növbəti əməliyyat olacaq. Ancaq bu əməliyyat nəyə görə idi, dəfələrlə söruşmağımıza baxmayaraq, bizə demədi. Gecə Xatirə xanıma zəng vurdular ki, xəstənin halı pisləşib, gəlsin, xəstəyə sahib çıxsın. Xatirə Quliyeva yalnız səhər iş vaxtı xəstəyə baxa biləcəyini dedi və mobil telefonunu söndürdü”.
Ata deyir, həmin gecə cərrah ona 850 manatlıq dərman aldırıb. Şprisə, tənzidə qədər ona aldırıblar. Səhərə yaxın isə cərrah ona bildirib ki, əməliyyata götürmək üçün xəstəyə qan lazımdır.
“Prokuror kənara çəkib dedi, başınız sağ olsun”
“İyulun 7-də səhər saat 7-yə 20 dəqiqə iləmiş mən qan verdim. Aytac ağrı çəksə də, ağlı başında idi, danışırdı. 8-ə işləmiş kənddən gələn 4 qohum da qan verdi. Aytacı əməliyyat otağına götürmüşdülər. Elə həmin vaxt gördük ki, polislər xəstəxananın həyətinə toplaşır. Həyətdə polislərin sayı artırdı. Biz isə əməliyyatın nəticəsini gözləyirdik, heç bir məlumat ala bilmirdik. Saat 9-un yarısı rayon prokuroru gəldi, məni kənara çəkib dedi, başınız sağ olsun, qızınız keçinib,”- ata deyir.
Aytacın dayısı Mürvət Xalıqverdiyev söhbətə qoşulur. Deyir, sonradan onlara məlum olub ki, Aytacın ölüm vaxtını sənədlərdə 6.30 qeyd ediblər, ancaq saat 7.30-da – yəni sənəddə qeyd olunan vaxtdan bir saat sonra onun üçün qohumlardan qan toplayıblar:
“Əgər Aytac saat 6.30-da keçinmişdisə, niyə saat 8-in yarısı kənddən gələn qohumlardan Aytac üçün qan götürürdülər? İkincisi, bizə hələ də ölümün hansı səbəbdən baş verdiyi deyilməyib. Niyə? Üstündən 2 ay keçib, biz hələ də dəqiq bilmirik ki, Aytacı ikinci dəfə əməliyyata niyə götürdülər, nədən öldü... Bu yaxınlarda ortalığa söz atdılar ki, guya Aytacın ürəyində problem varmış. Halbuki, Aytac 21 yaşına çatmışdı, heç vaxt ürəyindən şikayət etməmişdi, ürəyinə görə həkimə getməmişdi. Ümumiyyətlə, sağlam idi, 21 ildə heç vaxt səhhətindən şikayətçi olmayıb, bircə dəfə də dərman içməyib. İndi istəyirlər ki, həkimləri təmizə çıxarıb, günahı ölünün üstünə yıxsınlar”.
“Həkimlər xəbər göndərir ki, şikayətçi olmayaq”
Ailə üzvləri deyir, iki ay ərzində həm cərrah, həm də baş ginekoloq ailəylə görüşmək, barışıq etmək üçün dəfələrlə xəbər göndəriblər, ailə razılaşmayıb. Aytacın anası:
“Xəbər göndərirlər ki, şikayətçi olmayaq, barışaq. Biz barışarıq, ancaq bir şərtlə ki, Aytacı gətirib sağ-salamat bizə versinlər. Bunu bacararlar? Mənim qızım yolunu həsrətlə gözlədiyi Mələyinin üzünü görmədi. Mələk böyüyüb anasını axtaranda ona nə deyəcəyik? Həkimlər bizi Mələyin qarşısında boynubükük qoydu. Biz bu gün onları bağışlasaq, sabah başqa xəstəni öldürəcəklər. Təkcə bizim kənddən o doğum evində üç gəlin həyatını itirib. Bu ölümlərə görə heç kim cəzalandırılmayıb. Sanki bu, normaldır, belə də olmalıdır. Qızımın həyatını yarıda qoyan həkimlər bu gün də o xəstəxanada çalışır. Hətta araşdırma dövründə də vəzifələrində qalıblar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-08-2019, 12:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-08-2019, 12:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07