reklam
Regionxeberlericom.az » Sosial » Evləri plana düşən sakinlər kompensasiya azlığından ŞİKAYƏTLƏNİR - Problemə rəsmi AÇIQLAMA

reklam

Evləri plana düşən sakinlər kompensasiya azlığından ŞİKAYƏTLƏNİR - Problemə rəsmi AÇIQLAMA




















Evləri plana düşən sakinlər onlara təklif olunan kompensasiya məbləğinin azlığından şikayətləniblər.

Bununla bağlı Bizim.Media-ya Nərimanov rayonunun Mayakovski 15 ünvanında yaşayan 61 mənzil sahibi müraciət edib.

Dediklərinə görə 61 mənzillik yataqxana binası söküləcəyi üçün Nərimanov Rayon icra Hakimiyyəti tərəfindən təcili olaraq evlərinin boşaldılması tələb edilir.

Mənzil sahibləri isə onlara hər kvadratmetrinə görə təklif olunan kompensasiya məbləğinin azlığından gileylənirlər. Narazı sakinlər bu məbləğə həmin ərazidə mənzil ala bilmədiklərinə görə yerində evlə təmin olunmalarını istəyirlər.

Məsələ ilə bağlı Nərminaov Rayon İcra Hakimiyyəti Bizim.Media-nın sorğusunu cavablandırıb:

“Sözügedən yataqxana qəzalıdır. Sakinlərin təhlükəsizliyinin təmin olunması və onların köçürülməsi üçün Nazirlər Kabineti tərəfindən müvafiq kompensasiya ayrılıb”, - deyə qurumdan bildirilib.




Paylaş:


Müəllif : Tarix:
1-02-2023, 09:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər