reklam
Regionxeberlericom.az » Sosial » Dayanma-durmanı artıq kameralar çəkir, cərimələr artır? - RƏSMİ

reklam

Dayanma-durmanı artıq kameralar çəkir, cərimələr artır? - RƏSMİ

Xəbər verildiyi kimi, fevralın 1-də “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na edilən dəyişikliyə əsasən dayanma və durma qaydalarını pozmaya görə, Bakı Nəqliyyat Agentliyinin İXM-in 346-cı maddəsilə cərimə yazmaq səlahiyyəti ləğv edilib.

Ancaq parklanma qaydalarını pozmaya görə İXM-in 346-1-ci maddəsilə BNA-nın cərimə yazmaq səlahiyyəti yerində qalıb. Dəyişiklikdən sonra sürücülərin çaşqınlığına səbəb olan bəzi məqamlar var.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələri üzrə tədbir görmək ixtiyarı yalnız DİN-ə həvalə olunub:

“Əlavə olaraq maraqlı məqam odur ki, yeni fərmana görə, avtomatik rejimdə təhlükəsiz şəhər kameralarından, eləcə də “İPatrul” sistemindən də istifadə etməklə dayanma- durma tələblərini pozan (İXM 346.1 və 346.2 -ci maddələri) şəxslər barəsində tədbir görüləcək. Bu o demək deyil ki, digər formada polis əməkdaşları qaydaları pozan sürücülər barəsində tədbir görə bilməz. Yenə də DYP əməkdaşları qayda pozuntularını əvvəlki kimi təyin edə bilərlər. Sadəcə avtomatik rejimdə əlavə yenilik kimi tətbiq ediləcək”.

Araz Əsgərli yeni dəyişiklikdən sonra cərimə məbləğlərinin artıb-artmamasına da aydınlıq gətirib:

“Cərimələrin məbləğində heç bir dəyişiklik olmayıb. İXM-nin 346.1-ci maddəsi üzrə cərimə 20 AZN, 346.2 maddəsi üzrə cərimə məbləği 40 AZN idi, elə də qalıb”.




Paylaş:


Müəllif : Tarix:
2-02-2023, 14:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər