reklam
Regionxeberlericom.az » Sosial » “Dövlət tərəfindən bizə ayrılan isti geyimlər çobanlara satılır” - NARAZILIQ VAR!

reklam

“Dövlət tərəfindən bizə ayrılan isti geyimlər çobanlara satılır” - NARAZILIQ VAR!

Naxçıvan rayonu, Sədərək rayon sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iş saatının çoxluğundan və əmək haqqının az olmasından narazıdırlar:

“Sədərək rayon sakinləri adından yazaraq sizə bildiririk ki, biz təmizlik idarəsində işləyirik. Adlarımızın gizlin qalmasını istəyirik, çünki, 5-10 manat evimizə çörək pulu aparırıq, işdən qovulmaqdan qorxuruq.

3 aydır burda işləyirik. Təzə işçilərik deyə bizə bayram xərcliyi verilmədi. Bizlərə isti forma da verilmir. Adi sıravi insan idarənin formasını geyinib gəzir, bizlərə verilmir. Belə başa düşürük ki, bizə aid olan formalar pulnan başqalarına satılır.

Məzuniyyət pulları verilmir. 297 manat əmək haqqı verilir, onun da 5 manatını tuturlar. İş saatı artıqdır, bitmək bilmir.

Şərurdakı işçilər isti geyimlərlə təmin olunub, saat 5-ə kimi işləyirlər. Bizdə isə tam fərqlidir. Dövlət tərəfindən bizə ayrılan isti geyimlər çobanlara satılır. Bir neçəsindən soruşmuşuq, deyib ki, pulnan almışam.

Sizlərdən xahiş edirik, bizə də kömək edin, işıqlandırın bu məsələni”.

P.S. Hurriyyet.az saytının redaskiyasına belə şikayətlər çox gəlir. İşçilərin əmək haqları kəsilir, forma verilmir, iş saatları çoxdur. Belə çıxır ki, Vasif Talıbov vəzifədən getsə də, minlərlə vasiflər onu əvəz edir. //Hurriyyet.az/




Paylaş:


Müəllif : Tarix:
3-02-2023, 13:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər