İran bu məqsədlə casuslarını ölkəmizə yerləşdirib - İLGİNC
İranda yetişdirilən casus və terror militanları mövzusunda danışmaq üçün bir az əvvələ baxmaq lazımdır. Bu ölkədə dırnağarası islam respublikası qurulanda inqilab edənlərin çoxu Fələstin və Suriyada terror təlimi almış və peşəkarcasına yetişdirilmiş insanlar idi.
Bu sözləri Axar.az-a Güney Azerbaycan Milli Oyanış Hərəkatı sədrinin köməkçisi (GAMOH) və İran üzrə ekspert Elyar Türkər deyib.
Onun sözlərinə görə, inqilabdan sonra yeni qurulan rejim öz ideologiyasını bölgədəki ölkələrə, xüsusilə Azərbaycana da yaymaq niyyətində olub:
“Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra İran İraq savaşından yeni çıxmışdı və dünyada bəzi ölkələr ona dəstək verirdi. Bunlar istəyirdi ki, “islam inqilabı” düşüncələrini qonşu ölkələrdə yaysınlar. Bu dövlətləri İrana tabe etdirərək, özləri kimi olmağa məcbur etsinlər. Odur ki, keçmişdəki təcrübələrindən yararlanaraq Azərbaycan vətəndaşlarını və Güneydə yaşayan bəzi zəif iradəli soydaşlarımızı ələ almaqla, onları peşəkar casus kimi öyrədiblər. İstədikləri isə fars mədəniyyətinə dayanan bir şübiyyəçiliyə uyğun insanlar yetişdirib Azərbaycana sızdırmaq və lazım olan vaxta kimi gözləmək idi. Hətta “Səhər” kanalını da buna görə yaratdılar. Bu televiziya vasitəsi ilə Azərbaycana qarşı ciddi təbliğat aparılır”.
Ekspert bildirib ki, rejim ideologiyasını daha rahat yaymaq üçün İranda “Cameətul Mustafa” və “Cameətul Mehdi” adlı iki universitet də təsis edib:
“Bura İrandan tələbə qəbul etmirdilər. Yalnız Türkiyə və Azərbaycandan iranmeyilli insanları tələbə adı altında kurs keçərək bura götürürdülər. Məqsəd isə savadlı kadr yox, casus və militant yetişdirmək idi. Diqqət etsək, görərik ki, İrana gedən tələbələrin çoxu bu universitetlərdə təhsil alıb, sonra Azərbaycanda casus kimi yerləşdirilib. Son 20 ildə güclü şəkildə maliyyələşdirilirdilər. Əlbəttə ki, Azərbaycan dövləti və təhlükəsizlik orqanları bunları diqqətə almışdı”.
Elyar Türkər İranın Azərbaycan üçün nəzərdə tutduğu planın din pərdəsi altında aparıldığını vurğulayıb:
“Xameneinin nümayəndəsi kimi təqdim olunan Ocaq Nejad vasitəsi ilə Azərbaycanda daha da oturuşdular. Din pərdəsi altında məscidlərdə dövlət başçısına və hökumət üzvlərinə qarşı əks-təbliğat aparıldı. Kodları isə “hüseynçi”, “Kərbəla”, “islamçı”, “şiəçi” idi və bu rəmzlər vasitəsi ilə savadsız adamları öz ətraflarına toplamışdılar. Hətta bəzi insanlar onlardan ötrü özlərini öldürməyə hazır idi”.
Ekspertin sözlərinə görə, İkinci Qarabağ savaşından sonra artıq İranın iç üzü açılıb və Tehranın Azərbaycana düşmən mövqeyi kimsədə şübhə doğurmur:
“Azərbaycan hüquq-mühafizə orqanları da hazırda təmizləmə işlərini genişləndiriblər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-02-2023, 09:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər