reklam
Regionxeberlericom.az » Sosial » Sosial yardım bəs KİMƏ VERİLİR? - Ağcabədidən şikayət

reklam

Sosial yardım bəs KİMƏ VERİLİR? - Ağcabədidən şikayət


















Ağcabədi rayon sakini Qasımov Faiq Toplum TV-nin qaynar xəttinə yazaraq iki ildir ki, sosial yardım almaq üçün mübarizə apardığını ancaq buna nail ola bilmədiyini deyir.

3 uşaq atası olduğunu deyən şikayətçi sosial durumunun ağır olduğunu, işləmədiyini deyir:

“2020 və 2021-ci illərdə həyat yoldaşım Qasımova Aygünün adından sosial yardımla bağlı iki dəfə müraciət etmişik və imtina cavabı almışıq. İmtinaya səbəb isə mənim işsiz olmağım göstərilir. Əgər mənim işim olsaydı, niyə sosial yardım almaq üçün savaşım? Heç yerdə işləmirəm, daha doğrusu iş tapa bilmirəm.

Fəhləyəm, haradasa 2-3 günlük iş olanda gedib işləyirəm. 5-6 manat pul qazanıram. Daimi işim, gəlirim yoxdur. Əlimdən ustalıq işi gəlir. Ağcabədi rayon məşğulluq mərkəzinə iş üçün 2019-cu ildən müraciət etmişəm. Ancaq ortada heç nə yoxdur. Hətta dedim, əgər iş yoxdursa, mənə ustalıq üçün lazım olan alətləri verin, özüm gedim hardasa usta kimi işləyim. Onu da vermədilər”.

6 yaşında və 2 yaşında əkiz olmaqla 3 övladının olduğunu deyən şikayətçi çox çətin vəziyyətdə qaldığını və aidiyyəti qurumlardan ona köməklik göstərilməsini istəyir.

Toplum TV Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə danışdıqdan sonra qurum vətəndaşla əlaqə saxlayıb və sorğumuzu cavablandırıb.

“Ağcabədi rayon sakini Qasımova Aygün Vidadi qızı son iki ildə ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciət etməyib. Aygün Qasımovanın həyat yoldaşı Qasımov Faiqlə telefon əlaqəsi yaradılaraq ailənin sosial yardım almaq hüququnun müəyyənləşdirilməsi üçün ona suallar verilib. O bildirib ki, hazırda ailə 7 nəfərdən (özü, həyat yoldaşı, 3 uşaq, iki valideyn) ibarətdir, valideynləri və özü torpaq pay mülkiyyətçiləridir. Qeyd edək ki, Aygün Qasımova səkkiz yaşınadək uşağa qulluq etdiyinə görə ondan iş tələb edilmir. Ailənin digər əmək qabiliyyətli üzvləri işsiz olsalar da, onların adlarına torpaq sahəsinin olduğunu təsdiq edən sənəd və torpaq üçün sığortaolunanın uçot nömrəsi varsa, sosial yardım üçün elektron qaydada müraciət edilə bilər. Bu barədə ona məlumat verilib”.

F. Qasımov Toplum TV-ə torpağın uçot nömrəsinin olduğunu və yenidən müraciət edəcəklərini dedi.

Vətəndaşın işlə bağlı probleminə gəlincə isə Ağcabədi rayon məşğulluq mərkəzinin baş mütəxəssisi Zeynal Məmmədov Toplum TV-ə bildirdi ki, vətəndaşa uyğun vakansiya təqdim edilməməsinin səbəbi onun sistemdə məşğul şəxs kimi görünməsidir:

“Vətəndaşın avadanlıqla bağlı müraciəti sistemdə görünmür. Ola bilər ki, şifahi müraciət edib. Vətəndaş 2019-cu ildən bu yana müxtəlif yerlərdə gözətçi, bayraqçı və fəhlə kimi işləyib. Ən son olaraq 2022-ci ildə məşğul şəxs kimi görünür. Vətəndaşa bugünə kimi uyğun vakansiyaların təklif olunamamasının səbəbi onun məşğul şəxs olmasıdır. Vətəndaşlar indi yeni kansepsiya ilə qəbul olunur. Qasımov Faiq bizə yaxınlaşıb yeni kansepsiya ilə qeydiyyatdan keçsin, ona uyğun vakansiyalar olarsa, növbəlilik əsasında məlumat veriləcək. Bizdə hazırda kənd ərazisində, işğaldan azad olunmuş ərazilərdə fəhləlik iş yerləri var. Vətəndaş mərkəzimizə yaxınlaşsın”.

Toplum TV




Paylaş:


Müəllif : Tarix:
8-02-2023, 08:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər