Şəid ailəsinə ÖGEY MÜNASİBƏT - MÜRACİƏT
Haqqında bəhs edəcəyimiz Qarabağ şəhidi Samir Əhməd oğlu Xəlili barəsində məlumat verək. Samir Xəlili 1997-ci il sentyabrın 6-da Bakıda doğulub. Nizami rayon 62 saylı məktəb-liseydə təhsil alıb. 2014-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olunub. Su mühəndisliyi üzrə aldığı təhsilini 2018-ci ildə tamamladıqdan qısa müddət sonra hərbi xidmətə yollanıb. Daha doğrusu, gözündən əməliyyat olunduğu üçün ona 6 aylıq möhlət hüququ verilsə də, dəfələrlə hərbi komissarlığa müraciət edərək, hərbi xidmətə getmək istədiyini bildirib. Bu səyləri nəticəsində, vaxtından əvvəl hərbi xidmətə getməyə nail olub. Goranboyda hərbi xidmət zamanı hərbi hissə komandirinin sürücüsü vəzifəsini yerinə yetirib. Çətin coğrafi şəraitdə vəzifəsinin öhdəsindən məharətlə gəldiyi üçün rəhbərlik tərəfindən təşəkkür alıb. 2019-cu il oktyabrın 2-də hərbi xidmətdən tərxis olunub. Yəni bu insanın nəinki döyüşə, hətta adi hərbi xidmətə getməmək üçün əsasları olub.
Yeri gəlmişkən, Samirin arzusu polis olmaq idi. O, həm də yaxşı idmançı olub. Bu istəyinə çatmaq üçün Daxili İşlər Naziri Vilayət Eyvazovun sıra baxışında iştirak edib. Sadə insanların polis orqanlarında çalışmasına çalışan cənab nazir tərəfəindən gənc Samir polis sıralarına seçilib. Amma işə başlamaq üçün əmrini gözləyən Samirə, təəssüf ki, bu, qismət olmayıb. Vətən Müharibəsi başlayıb və Samir 2020-ci il sentyabr ayında çağırış gələn kimi dərhal hərbi komissarlığa yollanıb.
Görürsünüzmü, bu gəncin polis zabiti olması üçün az qala sayılı günlər qalırdı. Amma Samir vətən uğrunda döyüşü seçib. Əsgər yoldaşlarının dediklərinə görə, iki dəfə ən ağır döyüşlərdən möcüzə sayəsində sağ çıxıb. Buna rəğmən, irəliyə getməyə bir an belə tərəddüd etməyib. Döyüşlər zamanı Goranboydakı keçmiş hərbi hissə komandiri ilə rastlaşıb və onun sürücülük təklifini qəbul etməyib, deyib ki, əlimdə silah düşmənə qarşı döyüşəcəm. Samir döyüşlər vaxtı ailə üzvlərilə telefon danışıqlarında hər şeyin yaxşı olduğunu deyir, onları narahat etmək istəmirmiş. Şəhidimizin anasına oğlunun şəhid olduğu xəbəri gələndə söyləyiblər ki, o olmaya bilər bəlkə adı, soyadı bənzəyir, oxşar adlar çoxdur. Anası isə: “Yox mən başqa Samirin anasına qıymaram, o elə mənim Samirimdir gedin, gətirin”- söyləyib. Samir polis olmaq arzusuna çatmasa da, daha böyük zirvəni fəth etdi - Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhidlik zirvəsinə ucaldı. “Özü polis paqonunu geyə bilmədi, amma anasına Şəhid anası paqonunu verdi”,- deyir şəhidimizin məğrur anası.
O, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidin atası Əhməd Xəlilov deyir ki, Samir şəhid olandan sonra dəfələrlə zəng oldu, sonra məktub gəldi ki, o, Daxili İşlər Orqanlarında işə düzəlib, işə çıxmalıdır.
Bura qədər yazdıqlarımız şəhidimizin 23 illik ömür yoludur. İndi isə şəhidimizin atası Əhməd Xəlilovu dinləyək. Şəhid atası deyir ki, hazırda mənim rəhmətlik atam İsa kişiyə sovet hökumətinin verdiyi 32 kv.m mənzildə həyat yoldaşım və qızımla yaşayıram. Mənzil şəraitimiz çətin olduğu üçün və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının şəhid ailələrinə mənzillərin verilməsi ilə bağlı qərarından sonra sənədlərimizi toplayıb Nizami Rayon İcra Hakimiyyətinə təqdim elədik. Və bizi imtiyazlı ailə kimi ( 3 nəfər ailə tərkibi ilə: həyat yoldaşım, qızım və mən ) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota aldılar. Şəhid atası deyir ki, sonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin bizə yazdığı cavabda qeyd edilir: “Təqdim etdiyiniz sənədlərə baxılarkən mülkiyyətinizdə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 44 ünvanda yaşayış sahəsi 32.05 kvadratmetr mənzilin olduğu aşkar edilmişdir. Ona görə də adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğunuza görə sosial-məişət şəraitinizin yaxşılaşdırılması üçün mənzillə təmin edilməyiniz mövcud qanunvericiliyə uyğun deyildir”. Redaksiyadan:
Birincisi, şəhidin ailə üzvləri onun uğrunda vuruşduğu müstəqil Azərbaycanın deyil, sovet dövlətinin şəhidin babasına verdiyi 32 kv.m mənzildə yaşayırlar. Cənablar, bu gənc müstəqil Azərbaycan uğrunda vuruşub.
İkincisi, sovet dövründə hər ailə üzvünə pulsuz-parasız 8 kv.m mənzil sahəsi düşürdü. O vaxtdan əsr dəyişib, minillik dəyişib, ay nazir Sahil Babayev.
Üçüncüsü, deməli şəhidimiz sağ olsaydı, bu ailəyə mənzil düşürdü. Amma şəhid olduğuna görə düşmür.
Dördüncüsü, cənab nazir Sahil Babayevə başa salmaq lazımdır ki, bu gənc imtiyazları olduğu halda, polis zabiti kimi çalışmaq imkanı olduğu təqdirdə torpaq uğrunda döyüşü seçib. Sahil Babayev, sən bu boyda qəhrəmana, şəhidə 4 kv.m sahəni çox görürsən..? Səni və ailə üzvlərini 32 kv.m sahəsi olan mənzilə soxsaydılar, bunun nə olduğunu başa düşərdin. Biz bütün müvafiq dövlət qurumlarından xahiş edirik ki, bu məsələnin tezliklə həll olunmasına köməklik etsinlər.
Biz birbaşa Xəlilovlar ailəsi üçün cənab Prezidentimiz İlham Əliyevdən, 1-ci Vitse Prezidentimiz Mehriban xanım Əliyevadan, bütün imkanlı şəxslərimizdən kömək etmələrini istəyirik.
Sabahnews Qəzetinin Baş Redaktoru Habil Vəliyev
Paylaş:
Müəllif : Fuad
Tarix:9-02-2023, 08:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər