reklam
Regionxeberlericom.az » Sosial » Qazi: “3 barmağım yoxdur, amma əlillik verilmir” – Video + Açıqlama

reklam

Qazi: “3 barmağım yoxdur, amma əlillik verilmir” – Video + Açıqlama

















Vətən müharibəsi iştirakçısı, Bərdə rayonu Bəcirəva kəndində yaşayan qazi Əliyev Səfər Yusif oğlu əlillik dərəcəsi ala bilməməsindən şikayətçidir.
O, bu barədə müraciətində danışıb.

S.Əliyev bildirib ki, o, müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu olub, 44 günlük Vətən müharibəsində sağlamlığını itirdiyinə görə ordu sıralarından tərxis edilib.

Qazinin sözlərinə görə, Talış, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 10-da Suqovuşan istiqamətində düşmən tərəfindən atılan mərmi nəticəsində bədəninin 6 nahiyəsindən yaralanıb. Hazırda bədənində 6 qəlpə var. Sol ayağının 3 barmağı amputasiya olunub.


Müharibə iştirakçısı deyir ki, 35 yaşı var, ailə vəziyyəti ağırdır, 2 azyaşlı övladından biri xəstədir. Özü isə 6 aydır işsizdir.


Qazinin əlillik dərəcəsi ala bilməməsi iddiaları ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmisi Tural Qurbanov Yeniavaz.com-a bildirib ki, Ağdam rayon sakini Əliyev Səfər Yusif oğlunun göndərişi xüsusi səbəbdən olduğu üçün vətəndaş 06.12.2022-ci il tarixdə Agentlikdə əyani müayinə edilib:
“Agentliyin həkim-ekspertlərinin əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən ətrafların, digər orqanların patofunksional pozuntuları müşahidə edilməyib.
Nəticədə “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib”.
Məlumat üçün bildirək, qazi Səfər Əliyev 80 manat prezident təqaüdü alır. Yaşat Fondu onun 5 min manat kredit borcunu ödəyib.
Qeyd edək ki, Əliyev Səfər Yusif oğlu “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad edilməsi” medalları ilə təltif olunub.
Daha ətraflı:




Paylaş:


Müəllif : Tarix:
9-02-2023, 15:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər