Kəpəz televiziyasına savadsız xanımlar işə qəbul olunur - GİLEY
Kəpəz televiziyasının keçmiş jurnalisti Nərgiz Əhmədqızı region televiziyasının fəaliyyətini tənqid edərək televiziyanın kadr seçimlərində ayrıseçkiliyə yol verildiyini bildirib. Bu barədə şikayətçi anews.az-a müraciət edərək bildirib.
O bildirib ki, televiziya rəhbəri Fuad Cabbarov öz istəyi ilə daha gənc və təhsili olmayan şəxsləri işə qəbul edir.
"Kəpəz televiziyasında uzun müddət işləmişəm. Hazırda isə haqsızlığa məruz qalmışam. Mənimlə bərabər neçə nəfər bu vəziyyətdədir. Oranın direktoru Fuad Cabbarov savadlı kadrları işdən çıxarır. Yerinə isə 18-19 yaşlı təhsilsiz xanımları işə cəlb edir",- şikayətçi vurğulayıb.
Nərgiz Əhmədqızı, şair Əhməd Cavadın kötücəsi, AzTv-nin əməkdaşı, "Tərəqqi" medallı "Qızıl qələm", Həsən bəy Zərdabi laureatı mükfatlarına layiq görülən Əhməd Qədiroğlunun qızıdır. Jurnalistin qardaşı Tural Məmmədov əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşı olub. Hazırda isə Prezident Administrasiyasının mətbuat xidmətində çalışır.
Məsələ ilə bağlı şikayət edən Yazıçı-publisist Elnur Baxış (Əmirov) televiziyada baş verənlərdən narazılığını ifadə edib.
"Operatoru gətirib televiziyaya icraçı direktor qoyublar və nəticə göz qabağındadır. Fuad Cabbarov bütün işləri Firuzə adında bir xanıma tapşırıb. Oranın "guya" xalq yaradıcılıq departamentində müdirdir. O, xanımda öz istədiyini edir. Şikayətimizi bildirsək də, heç bir xeyri yoxdur. Firuzə xanım
həyat yoldaşını, həyat yoldaşının dostunu və başqa yaxın qohumlarını Kəpəz Tv- də işə düzəldib. Nəticədə isə Kəpəz Televiziyası bu günə düşüb", - yazıçı qeyd edib.
Elnur Baxış deyir ki, televiziyada işçilərin qanunsuz fəaliyyətinə də rast gəlmək olar.
"Tacirə adında bir xanıma efir qadağası qoyulub. Ancaq həmin xanım televiziyada yenidən fəaliyyət göstərir. Bundan başqa bir çox qanunsuz işlər görülür. Niyə bir tədbir görülmür? Mən ora dəfələrlə layihələr vermişəm, məni aldadırlar. Hazırda Kəpəz Tv-də 20-yə yaxın boş iş yeri var. Ştatlar boş olsa da, heç kimi işə götürmürlər. İşdən icazə alıb işə gəlməyənlərin maaşından tutulur. İcazə sənədi ola-ola maaşdan tutmaq harda görülüb?Rəhbərlik tərəfindən yaşı 19-20 arası olan, llakin jurnalistikadan anlayışı olmayanlar işə cəlb olunur.
Adının çəkilməyini istəməyən əvvəllər televiziya əməkdaşları olmuş iki nəfər işçi də anews.az-a açıqlamasında bildiriblər ki, eyni səbəblərə görə onlar da televiziyanı məcburi tərk ediblər.
Məsələ ilə bağlı Kəpəz TV rəhbərliyi ilə əlaqə saxladıq. Televiziyanın rəhbəri Fuad Cabbarov telefonlarımıza cavab vermədi. Direktor müavini olduğu deyilən Natiq Hüseynov adlı şəxs bildirdi ki, orada adi vəzifədə çalışır. Səlahiyyətli şəxsə yönləndirməyini istəsək də, telefonu söndürdü.
"Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ildə yaradılıb və Gəncədə 6-cı kanalla yayımlanıb. 2002-ci ildən 46 kanalda yayımı davam edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-02-2023, 10:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər