Ali Məhkəmə Abid Qafarovla bağlı qərarı ləğv etdi
Ali Məhkəmə həbsdə olan ictimai fəal Abid Qafarovla bağlı qərarı ləğv edib.
Bu gün hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən iclasda Bakı Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib. İş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilib.
Qeyd edək ki, A.Qafarov ötən ilin iyulunda bir qrup qazi tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət əsasında həbs edilib. O, qaziləri təhqir etməkdə, onları “müti” adlandırmaqda ittiham olunub. Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 il müddətə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi hökmdən verilmiş şikayəti təmin etməyib.
Xatırladaq ki, A.Qafarov həbsindən öncə məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırıldığını iddia etmişdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-02-2023, 15:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər