reklam
Regionxeberlericom.az » Sosial » DSMF-nin 25 milyon manatlıq tenderinin qalibi “Kapital Bank” olub - İcazə verin, şübhələnək...

reklam

DSMF-nin 25 milyon manatlıq tenderinin qalibi “Kapital Bank” olub - İcazə verin, şübhələnək...


“Dövlət Sosial Müdafiə Fondu” (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Məlumata görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, DSMF-nin keçirdiyi tender müsabiqəsinin qalibi “Kapital Bank” ASC (VÖEN – 9900003611) olub.

“Kapital Bank” ASC əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirəcək.

DSMF qeyd olunan xidmətlər üçün “Kapital Bank” ASC-yə 15 milyon 988 min 474 manat 69 qəpik ödəyəcək. Göstəriləcək xidmətlər 14.02.2023-ci il tarixindən 31.12.2023-cü il tarixinə kimi olan 10 ay 14 günlük bir dövrü əhatə edəcək.

Xatırladaq ki, “Kapital Bank” ASC DSMF-nin ötən il keçirdiyi analoji tenderdə də qalib olub. 30.06.2022-ci il tarixindən 30.07.2023-cü il tarixinə kimi olan 12 aylıq bir dövr üçün 8 milyon 932 min 644 manat vəsaitin ödənilməsi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, 10.07.2006-cı il tarixidə dövlət qeydiyyatına alınan “Kapital Bank” ASC-nin nizamnamə kapitalı 245 milyon 849 min 999 manat 85 qəpik təşkil edir. Bankın direktoru Allahverdiyev Rövşən Şamil oğludur. Rövşən Allahverdiyevin qardaşı Allahverdiyev Elxan Şamil oğlu Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.

“Kapital Bank” ASC-nin səhimlərinin 99,87%-i ölknin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə, 0,13%-i isə fiziki şəxslərə aiddir.




Paylaş:


Müəllif : Tarix:
17-02-2023, 15:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər