İşsiz şəxslərə 200 manat verilməsi iddiasına - Rəsmi reaksiya
“Son günlər bəzi sosial media hesablarında guya işsiz şəxslərə 200 manat ödənişin verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Bu barədə Dövlət Məşğulluq Agentliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, hazırda “Məşğulluq haqqında” Qanuna əsasən işsizlik müavinəti adlı bir ödəniş növü mövcud deyil:
“Yalnız işsizlikən sığorta ödənişi adlı sosial təminat növü var ki, bu ödəniş də yalnız Qanunla nəzərdə tutulan hallarda ödənilir. Yəni, əgər vətəndaşın əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğvi, işçilərin və ya dövlət qulluqçuların sayı, ştatların ixtisar edilməsi və ya müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilibsə onun işsizlikdən sığorta ödənişi üçün hüququ yarana bilər. Bu hallardan biri baş verdikdə vətəndaş DOST Mərkəzləri və ya Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına müraciət edərək qeydiyyata düşə bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-02-2023, 14:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər