reklam
Regionxeberlericom.az » Sosial » İrandan gətirilən portağalda virus aşkarlandı

reklam

İrandan gətirilən portağalda virus aşkarlandı


Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.


AQTA-dan verilən məlumata görə, “Best Supply Company” MMC-nin İrandan idxal etdiyi 19 400 kiloqram portağal məhsuluna agentliyin müfəttişlərinin keçirdiyi baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında karantin tətbiq olunan zərərli orqanizm - Sitrus tristeza virusu aşkarlanıb.


Faktla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib. Zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası Sumqayıt şəhər Poliqonunda məhv edilib.




Paylaş:


Müəllif : Tarix:
21-02-2023, 16:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər