MİQ imtahanları ilə bağlı dəyişiklik - Tarix açıqlanacaq
“İlin əvvəlindən biz müəllimlərin işə qəbul imtahanlarının yeni mərhələsinə hazırlaşmağa başlayırıq. Həmişəki kimi imtahanlar yay aylarına təsadüf edəcək. Yaxın zamanda imtahanlarının tarixləri barədə məlumat veriləcək”.
Bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib
O bildirib ki, bu il üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirilmə çərçivəsində müəyyən dəyişikliklər edilib: “Əvvəllər MİQ imtahanı üçün sadəcə proqram hazırlanırdı və mövzularda fənnlər üzrə proqramlara əsaslanırdı. Çərçivə sənədindəki mövzular dərsliklərə əsaslanır. Müəllimlərin işə qəbulunun qiymətləndirilmə çərçivəsində bu il edilmiş dəyişikliyə görə, ədəbiyyat müəllimləri proqramda olan əsərləri tam oxumalıdırlar. Çünki imtahanda elan olunmuş əsərlərin istənilən hissəsindən sual ola bilər. Buna görə, müəllimlərə tövsiyə olunur ki, əsərləri tam oxusunlar".
N.Mehdiyeva qeyd edib ki, sənəddə 19 çərçivə müəyyənləşib: "Bundan başqa, ədəbiyyat fənni üzrə çərçivədən iki əsər çıxarılıb, bir yeni əsər daxil edilib".
Paylaş:
Müəllif : Yazar
Tarix:23-02-2023, 13:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər