Rasim Məmmədovun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb
"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Regionxeberlericom.az-ın APA-ya istinadən xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi vəsatət qaldıraraq məhkəmə protokolları ilə tanış olmaq üçün şərait yaradılmasını istəyib.
Vəkillər məhkəmə istintaqı dövründə onlara protokollarla tanış olmaq fürsəti yaradılmadığını deyiblər.
Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, iş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə üzərinə həbs qoyulmuş 70 milyon manatlıq əmlaklar müsadirə olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-02-2023, 14:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər