“Qəzanı törədən vəzifəli zabit təmir xərclərini ödəmir” - GİLEY
Bakı şəhər sakini Vüsalə Tağıyeva avtomobilinə vurulmuş ziyana görə sığorta şirkətindən və onun avtomobilini əzən vəzifəli şəxsdən dəymiş ziyanın ödənişini ala bilmədiyini iddia edir.
Məlumata görə, “Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, 2022-ci il oktyabrın 25-də Bakıda avtomobilini Xətai rayonu ərazisində park edərək gedib. Bir müddət sonra həmin ərazidə “Volqa Qaz 3110” markalı avtomobil qəza törədərək 5 maşını əzib. Əzilən maşınlardan biri də V.Sadıqzadənin avtomobili olub. “Volqa” onun park halında olan avtomobilini arxadan vuraraq zədələyib.
İddiaya görə, xanımın “Ravon Nexia” (77 FY 724) markalı avtomobilinə 9 min manat ziyan dəyib: “Mən maşını 2020-ci ildə mərkəzdən lizinqlə almışam. Lakin daha sonra borcu bağlayıb maşını öz adıma keçirmişəm. Alan zaman salonda “Paşa Sığorta”da kasko sığorta olunub. Qəzadan sonra “Paşa Sığorta”ya müraciət edəndə bildirdilər ki, avtomobil lizinqlə alındığı üçün borc tam bağlandıqdan sonra kasko sığortanı öz adıma keçirməli imişəm. Ona görə də sığorta təmir xərclərini qarşılaya bilməz. Lakin maşını alarkən bu barədə mənə nə salonda, nə də sığorta şirkətindən məlumat verilmişdi. Yəni sənədləşmədə yol verilən yanlışlığın əzabını mən çəkirəm. Hadisədən 4 ay keçməsinə baxmayaraq, nə qəzanı törədən şəxs, nə də sığorta şirkəti mənim zərərimi qarşılayır. Halbuki qəza baş verəndə kasko sığortası qüvvədə idi.
V.Sadıqzadənin sözlərinə görə, qəzanı törədən Elmar Məmmədov onun avtomobilinin təmir xərclərini ödəmir: “Maşını vuran Elmar Məmmədov Penitenisar Xidmətin vəzifəli zabitidir. O, əvvəlcə mənə dedi ki, “Xalq Sığorta”da sığortası var və onlar maşını təmir edəcəklər. Amma “Xalq sığorta” 4 aydır məni get-gələ salıb. 3 dəfə bu şirkətə getmişəm. Amma mənə ödəniş etmirlər”.
Məsələ ilə bağlı əvvəlcə Elmar Məmmədovla əlaqə saxladıq. O, həqiqətən də Penitenisar Xidmətin əməkdaşı olduğunu təsdiqlədi və bildirdi ki, xanıma maşını təmir etdirməyi təklif edib. Lakin V.Sadıqzadə maşını tanımadığı ustaya həvalə etmək istəmədiyini bildirib: “Mən xanıma avtomobilini təmir etdirmək üçün öz ustamı təklif etdim. Xərcləri üzərimə götürdüm. Lakin xanım dedi ki, maşın evinə yaxın bir ərazidə təmir olunmalıdır. Mənim artıq edə biləcəyim nəsə yoxdur. Maşını sığorta təmir etdirsin”.
“Xalq Sığorta”dan bildirildi ki, Vüsalə Sadıqzadənin ödənişi dekabr ayından ayrılıb. Lakin qəza zamanı xəsarət alan maşınlardan birinin sığortasını edən şirkət hələ də xəsarətin dərəcəsi ilə bağlı müvafiq arayışı göndərməyib: “Qəza zamanı, avtobus, Mazda, Ravon, Gelly və Nissan markalı avtomobillər əzilib. Bu maşınların sahiblərinə ümumilikdə 5 min manat pul veriləcək. Məbləğin ədalətli şəkildə bölüşdürülməsi üçün maşınların hər birinin sığorta olunduğu şirkətlərə sorğu vermişik ki, xəsarətlərin dərəcələri haqqında məlumat alaq. Lakin bir avtomobillə bağlı sorğuya cavab hələ verilmədiyinə görə, biz ödənişi edə bilmirik. Yaxud da həmin avtomobilin sahibi ödənişdən imtina etməlidir”.
Maşının alındığı "Chevrolet Performance Center"dən iddialarla bağlı bildirildi ki, xanım borcunu bağlayıb, maşını öz adına keçirdikdən sonra kasko sığortanı ərizə yazıb öz adına keçirməli idi: “Maşının mülkiyyətçisi dəyişəndə gedib sığortada ərizə yazmaq lazımdır ki, sığortanı dəyişib yeni sahibin adına keçirsinlər. Xanıma imtina bu səbəbdən verilib. Qeyd edim ki, qəzanı törədən şəxsin icbari sığortası varsa, onsuz da xanımın avtomobilinə dəyimiş ziyanı qarşı tərəfin sığortası ödəməlidir”.
Məsələ ilə bağlı “Paşa Sığorta” şirkətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, ilkin araşdırmanın nəticəsi onu deməyə əsas verir ki, hadisə baş verdiyi anda sığortalı ilə sığorta predmeti arasında sığorta marağı mövcud olmayıb: "Bu isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 889.7-ci və 935.1.8-ci maddələrinə əsasən sığorta ödənişinin verilməsindən imtina əsasıdır. Qeyd edək ki, tərəfimizdən səlahiyyətli dövlət orqanına sorğu yazılıb. Lakin həmin sorğuya cavab daxil olmadığına görə vətəndaşa yekun qərar təqdim olunmayıb. Sorğuya cavab daxil olduqdan sonra qanunvericiliyin tələbləri nəzərə alınmaqla sığorta ödənişinin verilməsi və ya verilməsindən imtina istiqamətində qərar veriləcək, vətəndaşa rəsmi bildiriş təqdim olunacaq".
Paylaş:
Müəllif : Yazar
Tarix:25-02-2023, 11:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər