reklam
Regionxeberlericom.az » Sosial » Bayram Səfərovun AYAĞI SAYALI İMİŞ... - Müavini elə düşünür...

reklam

Bayram Səfərovun AYAĞI SAYALI İMİŞ... - Müavini elə düşünür...


Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov fevralın 26-da Xocalı soyqırımı günü ilə əlaqədar Bakıda “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərdən birinin “Şuşaya gedə bilirsinizmi?” sualına əsəbləşərək “sənə bunun dəxli varmı?” cavabını verməsi ciddi müzakirə yaradıb. İcra başçısı jurnalistlə kobud davranışına görə tənqid edilir.

Regionxeberlericom.az bildirir ki, Pravda.az-ın əməkdaşı bir neçə dəfə Bayram Səfərovun mövqeyini öyrənmək üçün əlaqə yaratmağa çalışsa da, icra başçısı zənglərə cavab verməyib.

B.Səfərovun müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva saytımıza açıqlamasında bəzi məsələlərə aydınlıq gətirib: “Şuşada hazırda bərpa-quruculuq işləri gedir. Səfər vaxtı deyil ki, əhalini indi ora göndərək. Niyə göndərək? İcra hakimiyyəti belə söhbətləri müzakirə etmir. Şuşada xüsusi nümayəndə var. Biz burda əhalinin qayıdışı, sənədləşmə işləri ilə məşğuluq. Kimin marağı varsa, Şuşadakı nümayəndəyə müraciət etsin. Bu dəqiqə çox vacib işlər aparılır. Hazırda Laçın-Şuşa yolunda ekoloji aksiya keçirilir. Bunların hamısı nəzarətdədir. Üç ildə hamı Şuşaya səfər də etdi, Şuşanı gördü. İndi gedib orda camaata maneə törətməyin əhəmiyyəti varmı? Bütün şuşalılar Şuşadakı tədbirlərdə iştirak ediblər. Şuşa İcra Hakimiyyətinin rəhbərliyi, qazilərimiz, vətəndaşlarımız, ahıllar, mədəniyyət işçilərimiz... Növbə-növbə səfərlər olub. Şuşa 2020-ci ildə azad edilib. Bayram müəllim Şuşa ilə bağlı suallara cavab verir, amma media nümayəndələri onun cavabını başqa cür fırladıb yazırlar ki, neqativ söz alınsın. Sualı Bayram müəllimə harda veriblər? “Ana harayı” abidəsinin önündə. Bu, nə dərəcədə etikaya uyğundur? Camaat bəşəriyyətin böyük faciəsi, soyqırımı sayılan Xocalını anmaq üçün ora gedib. Abidənin qarşısında rayon icra başçısını tutub, sual verirlər ki, siz Şuşaya gedirsiniz? Heç hənanın yeridir? Bu, jurnalist etikasına uyğundur? Bunlar oxuyub, təhsil alıblar? Jurnalistika etikasından qiymətləri, görəsən, neçə olub? Əgər təhsilləri varsa... Belə şey olar? İnsanın ədəb-ərkanı, etikası olar. Sual verirsənsə, Xocalı soyqırımı barədə ver. Şuşa ilə bağlı ironiya ilə sual veriləndə, o cür də cavab verilir. Belə olmaz. Təhsilli, peşəkar jurnalistlər nə sual vermək lazım olduğunu bilir, aldıqları cavabın da məzmununu başa düşürlər. “Jurnalist sizdən hesabat soruşa bilməz?” Belə danışıq olar? Jurnalist savadlı, düzgün, ədalətli sual qoyub, cavabını alsa, ona əsl jurnalist deyərəm. Bayram Səfərov həm də Qarabağın Azərbaycanlı İcmasının sədri olub. Bunu yaşı az olanlar bilmirlər. Bilmədikləri insana rəftarı, etik normaları da bilmirlər. Adama pis təsir edir. Düşünürsən ki, niyə millətim savadlı olmaq, siyasi biliyini artırmaq istəmir? Nəyin nə olduğunu bilmədən əlindəki mikrofonu qarşındakına uzatmaqla jurnalist olmur. Bu, jurnalistikadır? Belə şey harda var? Bayram müəllim nə mövqe bildirsin? Həmin jurnalistə həddindən artı ayıb olsun ki, sənin qarşında illərin dövlət qulluqçusu dayanıb. Bayram müəllim neçə illər icra rəhbəri olub. Onun gördüyü işləri rəhbərlik bilir. Ayağı sayalı icra başçısı oldu ki, onun rəhbərliyi dövründə igid oğullarımızın, cənab Prezidentimizin yumruğunun, şücaətinin hesabına torpaqlarımız alındı. İndi özümüzü çox rahat hiss edib, rəhbərliyin tapşırdığı bütün işləri görürük ki, Şuşaya qayıdışımız daha da tezləşsin. Bayram müəllim hal-hazırda işinin başındadır. O qədər məşğul olduğu işləri var. Çox təvazökar insandır. Dövlət qulluqçusudur və bütün bu işləri öz xidməti, vəzifəsi bilir. Elan vermir ki, nə işlər gördüm. Ondan tələb olunan işləri həmişə yüksək səviyyədə görməyə çalışıb, bu gün də davam etdirir”.

V.Fətəliyeva başqa icra hakimiyyətlərindən fərqli olaraq Şuşa Rayon İcra Hakimiyyətinin rəsmi saytında “aparatın strukturu” bölməsində rəhbər şəxslərin adı qeyd olunsa da, onların adlarının qarşısında niyə əlaqə nömrəsi yazılmamasına da aydınlıq gətirib: “Artıq öz idarəmizi Qərbi Azərbaycan İcmasına vermişik. Necə nömrə yaza bilərik? Nərimanov rayonunda köhnə bir binada çox qısa müddətlik yerləşmişik. Əsl binamız Şuşada olacaq”.




Paylaş:


Müəllif : Tarix:
27-02-2023, 17:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər