reklam
Regionxeberlericom.az » Sosial » Akademik müasir medianı TƏNQİD ETDİ: - “Yeni nəsil jurnalistlərə ehtiyac var”

reklam

Akademik müasir medianı TƏNQİD ETDİ: - “Yeni nəsil jurnalistlərə ehtiyac var”


“Azərbaycanın ali məktəblərində “Jurnalistika” ixtisası üzrə təhsilin məzmununun yenilənməsinə ciddi ehtiyac var”.


Regionxeberlericom.az Bizim.Media-ya istinadla xəbər verir ki, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə təşkil etdiyi “Effektiv kommunikasiya” mövzusunda keçirilən təlim-seminarda ölkəmizdə jurnalistika sahəsində kadr hazırlığı ilə bağlı bəzi problemlərə diqqət çəkib, eyni zamanda bir sıra təkliflər irəli sürüb:


“Yeni nəsil jurnalistlərin hazırlanmasında lV Sənaye İnqilabının texnoloji çağırışları nəzərə alınmalıdır. Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, süni intellektin geniş tətbiqi, eləcə də yeni məzmunda informasiyaların meydana gəlməsi jurnalistlərin və media qurumlarının daha rəqabətqabiliyyətli olmasını, zamanla ayaqlaşmasını tələb edir”.


Akademik Rasim Əliquliyev jurnalistika fakültələrində beynəlxalq təcrübəni nəzərə alaraq, tədris olunan fənlərin monitorinqinin aparılması, müasir dövrün tələblərinə cavab verən, yeni bilikləri tədris edən kafedraların yaradılması, eləcə də texnoloji və innovativ biliklərin daşıyıcısı olan yeni nəsil jurnalistlərin yetişdirilməsinin zəruriliyini önə çəkib.


Alimin fikrincə, ölkəmizdə jurnalistika ixtisası üzrə doktorantura təhsili həyata keçirilsə də, bu ixtisas üzrə dissertasiya müdafiəsinin olmaması və tədqiqatlara müvafiq elmi dərəcənin verilməməsi ciddi problemlərdən biridir.


AMEA-nın vitse-prezidenti jurnalistika üzrə magistratura səviyəsində “Elm jurnalistikası” ixtisasının yaradılmasının vacib olduğunu da qeyd edib:


“Bu, elmi bilikləri cəmiyyətə operativ və dolğun şəkildə çatdırmaq qabiliyyətinə malik, eyni zamanda IV Sənaye İnqilabının çağırışlarına adekvat jurnalistlərin hazırlanması baxımından xüsusi əhəmiyyət daşıyır”.




Paylaş:


Müəllif : Tarix:
7-03-2023, 13:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər