reklam
Regionxeberlericom.az » Sosial » Dövlət kimlərə təzminat verir? - 234 min alan da var, heç almayan da...

reklam

Dövlət kimlərə təzminat verir? - 234 min alan da var, heç almayan da...


Ara-sıra hansısa məhkumun bəraət qazandığını, buna görə də təzminat aldığı barədə məlumatlara rast gəlirik.

Bu məlumatların daha çoxu xarici ölkələrlə bağlı olur. 2002-ci ildə Klivlend sakinini zorlamaqda ittiham olunaraq 40 il həbs cəzasına məhkum edilən amerikalı Kristofer Miller bu yaxınlarda bəarət alıb. Törətmədiyi təcavüzə görə 16 ildən çox müddətə həbsdə yatan amerikalıya 4 milyon dollar kompensasiya ödənilib. "Associated Press"-in məlumatına görə, onun cinyətkar olmadığı DNA testinə görə müəyyən ediib. Hücum zamanı qurbanın çantası oğurlanıb və polis onun çantasında olan mobil telefonunu axtarmağa başlayıb. Nəhayət, polislər şübəli şəxs kimi Milleri saxlayıb. Lakin o, telefonu narkotik müqabilində tanımadığı əcnəbidən aldığını söyləyib, zorlama və ya hücumda iştirakını inkar edib.

"Təqsirsizlik Ohayo" Layihəsi işə qarışıb və oxşar cinayətə görə məhkum edilmiş iki kişinin DNA-sini aşkar edən təkrar müayinəni təmin edib. 2021-ci ilin avqustunda hakim onun haqsız yerə həbs edildiyinə, yəni təzminat tələb etmək hüququna malik olduğuna dair qərar verib.

Bəs Azərbaycan qanunvericiliyində necədir?

Məhkuma təzminat verilməsi öz əksini tapıbmı və təcrübədə neçə belə hadisə qeydə alınıb?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan hüquqşünas Əsabəli Mustafayev məhkum olunmuş və sonradan bəraət almış şəxslərə təzminat ödənilməsi təcrübəsi Azərbaycanda da var. O, təcrübədə bəraət və təzminatın daha çox ictimai-siyasi fəaliyyətlə bağlı həbs edilənlərə şamil olunduğunu vurğulayıb:

“Real” hərəkatının rəhbəri İlqar Məmmədov, Rəsul Cəfərov və 4 nəfər “Nida”çının bəraət alması buna nümunədir. Onların içərisində ən çox təzminat alan 234 min manatla İlqar Məmmədov oldu. Çünki o, 5 ilə yaxın həbsdə qalxmışdı. Bunun məbləğini məhkəmə təyin edir. Adamın bir gününə, bir ayına nə qədər düşəcəyi ilə bağlı konkret müəyyən olunmuş məbləğ yoxdur. Şəxsin hansı müddətdə, hansı şəraitdə həbsdə qalması nəzərə alınır. Cəzaçəkmə müəssisələri, onların şəraitləri, rejimləri müxtəlifdir. Bütün bunları məhkəmə müəyyən edir. Bunlar hamısı mənəvi zərərə görə ödənilən təzminatdır”.

Vəkil maddi zərərə görə ödənilən təzminatın fərqli olduğunu bildirib:

“Maddi zərərə görə təzminat istəyənlər ayrıca məhkəməyə müraciət etməlidirlər. Yəni maddi zərərin olmasını sübut eləmək lazımdır. Tutaq ki, şəxs həbs olunmadan öncə işləyib, müəyyən əməkhaqqı alıb, həbsdə olduğu müddətdə əməkhaqqından məhrum olub. Eyni zamanda, şəxsin həbsdə saxlandığı müddətdə səhhətində problem yaranıb və müalicə olunub. Müalicə xərcləri də nəzərə alınmalıdır. Bunlar hamısı sübut olunmalı məsələlərdir. Mənəvi zərərə görə mübahisə açılmır, amma maddi zərərə görə mübahisə açıla bilər. Bildiyim qədərilə, bizdə belə bir məhkəmə mübahisəsi olmayıb”.

O, Azərbaycanda yüksək təzminat rəqəminin olmadığını qeyd edib:

“Bizdə yüksək məbləğ, yəni milyonlarla məbləğ yoxdur. Xaricdə 3-5 il həbsdə yatan adamlar yüz minlərlə təzminat alırlar. Mən müdafiə elədiyim “Nida”çılara ödənilən təzminatın məbləğindən narazı qaldıq. Hesab edirdik ki, onlara da təxminən İlqar Məmmədovun ayına görə ödənilən məbləğ eyni qaydada tətbiq edilməlidir”.

Əsabəli Mustafayev məhkumun bəraət aldığını, lakin təzminat almadığının da mümkün olduğunu diqqətə çatdırıb:

“Bu yaxınlarda Milli Məclisin qarşısındakı hadisələrlə bağlı bir nəfərə bəraət verildi. 17 nəfər mühakimə olunmuşdu, onlar hamısı məhkum olunmuşdular. Onlardan birinə ötən il Avropa Məhkəməsinin qərarı olmadan bəraət verildi, amma təzminat ödənilmədi. Çünki cinayət sübut olunmadığı üçün bəraət verilib. Hökm çıxdı, bununla razı olmadıqda apellyasiya şikayəti verir. Əgər apellyasiya şikayəti təmin olunmursa, kasasiya şikayəti verir və bəraət qazansa, müəyyən məbləğdə təzminat ödənilməsini tələb edir. Bəraət aldıqdan sonra işi aparan prokurorluq və maraqlı şəxs kimi Maliyyə Nazirliyi ilə bağlı məhkəməyə müraciət etmək olur”.

Vəkillər Kollegiyasının üzvü hüquqşünas Ruslan Vəliyev də maddi və mənəvi zərərin hansı hallarda ödənilməsindən danışıb.

Hüquqşünas səhv olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxsin dövlət orqanlarına qarşı iddia ilə bağlı hüququnun olduğunu bildirib:

“Zərər dedikdə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hansısa səhv ucbatından və yaxud kiminsə qanunsuz hərəkətləri nəticəsində şəxsə dəymiş, onun keçirdiyi iztirablar, əldən çıxmış və çəkdiyi müəyyən xərclər nəzərdə tutulur. Şəxs məhkəmənin qərarı və bəraətverici əsaslarla bəraət alır, məlum olur ki, şəxs hər hansı cinayət əməli törətməmiş, onun barəsində səhv qərar qəbul edilmişdir. Bəraət hökmü qanuni qüvvəyə mindikdən sonra həmin şəxs onun barəsində səhv qərar qəbul etmiş orqanlara qarşı iddia ilə müraciət edə bilər, həmin orqanlardan özünə dəymiş zərəri tələb edə bilər. Bu, istintaq və ya məhkəmə orqanlarına qarşı ola bilər”.

Vəkil təzminatın dövlət büdcəsi hesabına ödənildiyini deyib:

“Bu məhkəmə proseslərinə Maliyyə Nazirliyi cəlb olunmalıdır. Çünki vəsait dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Əgər hansı bir müstəntiqin, təhqiqatçının və ya hakimin səhv qərarı nəticəsində şəxs qanunsuz olaraq həbs olunub və ya müəyyən müddət ərzində azadlıqdan məhrum edilibsə, onda həmin şəxslərin hərəkətlərinə dövlət cavabdehlik daşıyır. İddia qəbul olunduqda məhkum olunan şəxs təzminat ala bilər. Qanunvericilkdə təzminatın məbləği konkret olaraq göstərilməyib. Hər bir fərdi hal üçün müəyyən olunur. Bu da bir neçə meyardan - şəxsin hansı müddətə həbsdə qalmasından, onun hansı gəlirlərdən məhrum olmasından asılıdır”.

Ruslan Vəliyev deyib ki, təzminat maddi və mənəvi zərərə bölünür:

“Maddi zərər ölçülə biləcək xərclərdir. Mənəvi zərər isə ölçülmür, məhkəmə tərəfindən sübut edilməsi çox hallarda tələb olunmur. Bu, insanların şüuruna təsir edə bilən fiziki və digər iztirablar, depressiv vəziyyət, yuxunun pozulması, o cümlədən insanın işgüzar nüfuzu və s. bura daxildir. Bir sözlə, qeyri-maddi nemətlərdir. Məndə məişət məsələlərinə görə bəraət və təzminat almaqla bağlı statistika yoxdur. Bir neçə dəfə qarşıma çıxıb ki, şəxs qanunsuz olaraq həbs olunub, birinci instansiya, o cümlədən, bir neçə instansiya məhkəmələri onun barəsində azadlıqdan məhrumetmə cəzası seçiblər. Sonradan isə bu, istər Ali Məhkəmə, istərsə Avropa Məhkəməsinə gedən işlərdə baxılmış qərarlar nəticəsində sonradan Ali Məhkəmənin tələbi ilə qərar ləğv olunub və yenidən baxışa göndərilərək şəxs bəraət alıb”.




Paylaş:


Müəllif : Tarix:
7-03-2023, 16:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər