“Protezi dəyişdirilməlidir, pul yoxdur” - Fotolar
“Oğlum iki il öncə, 2021-ci ilin iyul ayında İstanbulda yerləşən Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında əməliyyat olundu, sol ayağına protez qoyuldu. Digər ayağı da əməliyyatlıdır. İndi yenidən protez ayaq dəyişdirilməlidir. Lakin buna görə lazım olan məvacib yoxdur”.
Bu sözləri qazi Taleh Camalovun atası Musa Camalov deyib.
Övladının səhhətindəki problemlərlə bağlı müraciət edən valideyn deyir ki, əməliyyat elə yenə də Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında olmalıdır. Bunun üçün isə onlara 14800 dollar pul lazımdır: “Budəfəki əməliyyatda qoyulan həmin protez ayağın beyni, eyni zamanda ölçüləri dəyişdiriləcək. Bundan əlavə fizioterapiyalar olacaq. Digər ayaqda topuq götürülüb, sümük qoyulub. Bunun üçün də reabiltasiylar olmalıdır. Çünki sümüyündə infeksiya var. Almaniyaya göndərilməli idi, imkan olmadı. Bütün bu proseslər üçün bizə pul lazımdır. Bu vaxta qədər əməliyyatlarda və müalicə müddətində “YAŞAT” Fondu bizim yanımızda olub, köməklik edib. Lakin artıq onların da vəsaiti yoxdur”.
Məsələ ilə bağlı “YAŞAT” Fonduna sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Müharibə əlili Taleh Camalov Musa oğlunun məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə müraciətinə əsasən, 2021-ci il 23 fevral tarixində 10 000 AZN Fond tərəfindən bank hesabına köçürülüb. Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə müraciətlərinə əsasən, ölkə daxilində və Türkiyədə ümumilikdə 100 650.09 AZN dəyərində müalicə və əməliyyat xərcləri qarşılanıb. Qazimizin sonuncu müraciətinə əsasən isə, 2023-cü il 25 yanvar tarixindən 15 fevral tarixinədək “Liv Bona dea Hospital”da 10 913.81 AZN dəyərində əməliyyat xərcləri qarşılanıb. 2021-2023-cü illər üzrə ümumilikdə 2 424.98 AZN dəyərində dərman vasitələri ilə təmin edilib.
Müraciətdə qeyd olunun protezlə təminat Fondun səlahiyyətləri xaricindədir. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı mərkəzi - 142) müraciət edilə bilər”.
Problemlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə də müraciət etdik. Qurumun İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş Camalov Taleh Musa oğlunun sosial dəstəklə, habelə reabilitasiya xidmətləri və vasitələri ilə təminatı daim diqqətdə saxlanılır: "Taleh Camalovun bu vaxta qədər iki dəfə yüksək texnologiyalı aşağı ətraf protezi ilə təminatı həyata keçirilib. Birinci dəfə dövlət vəsaiti hesabına Türkiyədə müalicə alarkən mütəxəssislər tərəfindən o, yüksək texnologiyalı protezlə təmin edilib.
Müalicəsini tamamlayıb Vətənə qayıdandan sonra isə Taleh Camalov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Almaniya istehsalı olan son nəsil müasir yüksək texnologiyalı protezlə də təmin edilib. Həmçinin digər ayağı üçün ona ortopedik ayaqqabı verilib. Mütəxəssislərin rəyi əsasında müəyyən edilib ki, Taleh Camalov ona verilən müasir, son nəsil protezlə rahat şəkildə hərəkət edə bilər, yəni, onun bu protezlə hərəkəti üçün heç bir maneə yoxdur. Son nəsil protezlər funksional üstünlükləri ilə dəyişən məkanlarda və məqamlarda belə hərəkəti sərbəst, tam və daha dəqiq tənzimləməyə, tez və rahat inteqrasiyaya imkan verir".
T.Qurbanov onu da qeyd edib ki, Taleh Camalovun protezində hər hansı problem, yaxud protezə uyğunlaşmada müəyyən çətinlikləri yaranıbsa, ona yenə də bu sahədə zəruri reabilitasiya dəstəyini, reabilitasiya mərkəzlərində müvafiq xidmətləri göstərə bilərlər.
Qeyd edək ki, İkinci Qarabağ Müharibəsinin qazisi Taleh Camalov oktyabr ayının 27-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə düşmənin minamyotdan açdığı atəş zamanı ağır yaralanıb. 24 yaşlı tankçı döyüşdə göstərdiyi şücaətə görə “Döyüşdə fərqlənməyə görə”, “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın alınmasına görə” və "Hərbi xidmətlərə görə” və s. medallarla təltif edilib.
Lamiyə Məmmədova
Paylaş:
Müəllif : Fuad
Tarix:13-03-2023, 14:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər