Naxçıvanda buraxılış imtahanı bitmədən cavab kartları toplanılıb... - NARAZILIQ VAR!
Naxçıvan Muxtar Respublikası, Şərur rayon sakini Nəcəfli Teymur Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçi qeyd edir ki, martın 12-də Şərur rayonu, 2 nömrəli məktəbdə buraxılış imtahanı verərkən, içəridəki müəllimə imtahanın sonuna yaxın vaxtın bitməsinə 15 dəqiqə qaldığını elan etsə də, 2 dəq sonra vərəqələr toplanıb:
“Qadın müəllimə imtahanın bitməsinə 15 dəqiqə qaldığını bildirəndə fikirləşdim ki, 15 dəqiqə vaxt az müddət deyil, cavabları qeyd edə biləcəm. Lakin 2 dəqiqəq keçmədi ki, 8 dəqiqə vaxt qaldığını dedi və bu an qapı açıldı, nəzarətçi içəri daxil oldu. O, əsəbi şəkildə vərəqləri əlimizdən aldı və mənim kimi bir neçə şagird narazılığımızı bildirdik.
Vərəqlər əlimizdən alınandan 6-7 dəqiqə sonra bizə zaldan çıxmaq üçün icazə verdilər. Həmin günü bizim öz stress və qorxumuz onsuz da bizə bəs edirdi. Nəzarətçilərin bizlərlə kobud davranması, əlimizdən kağızı dava-qalmaqalla alması düzgün deyildi. Həmin vaxt mən ən azı 3 sualımın cavabını işarələyə bilərdim.
Yoxlanış olsa kameralardan açıq-aşkar görünər ki, mən həlllərini etmişdim, sadəcə kodlaşdırmanı qeyd edirdim.
Əsəbimdən gözlərim doldu, diqqətlərinə çatdırdım ki, axı müəllimə bizə dedi ki, 8 dəqiqə var, icazə verin cavab kartında qaralamanı edim.
Həyətə çıxan kimi atama olanları danışdım. Atam polisə yaxınlaşaraq iradını bildirdi və protokol tərtib edilməsini xahiş etdi. Əgər bu məsələ aydınlaşdırılsa, hər şeyin ortada olduğunu görəcəklər.
Sizdən xahiş edirəm, bizim bu problemimizi işıqlandırın”. //Hurriyyet.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:15-03-2023, 13:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər