reklam
Regionxeberlericom.az » Sosial » İrandan gətirilən məhsullar yararsız çıxdı

reklam

İrandan gətirilən məhsullar yararsız çıxdı


İdxal olunan məhsullarda virus aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, idxalatçı şirkətlərin müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində İran İslam Respublikasından idxal olunmuş “Ballı Store N” MMC-yə məxsus 7 372 kq bibər məhsulunda qonur qırışıqlıq virusu, “Frut-ZV” MMC-yə məxsus 8 650 kq və “Narnumru“ MMC-yə məxsus 21 100 kq  portağal məhsulunda isə sitrus tristeza virusu aşkar edilib.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq, karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyaları barədə qida təhlükəsizliyi serifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub. Verilmiş qərarlara əsasən, Qaradağ Rayon Qızıldaş Poliqonunda məhvetmə tədbiri keçirilib.




Paylaş:


Müəllif : Tarix:
15-03-2023, 14:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər