Gücüstandakı ermənilərdən Qarabağ ETİRAZI - FOTO
Gürcüstanın Axalkalaki şəhərində erməni separatçılar ayağa qalxıb.
Regionxeberlericom.az-ın Cebhe.info-ya istinadən verdiyi məlumata görə, "Zori Zoryan" və "Cavaxk" gənclər birliklərinin üzvləri Qarabağda yaşayan ermənilərə dəstək yürüşü keçiriblər. Həmçinin, "Zori Zoryan" İttifaqının üzvləri Gürcüstan parlamentinin Cavaxetiyadan olan deputatı Samvel Manukyana məktub göndəriblər.
Yürüş iştirakçıları Axalkalakidə əllərində erməni və gürcü bayraqları, həmçinin erməni və gürcü dillərində yazılmış “"Artsax"a həyat yolunu aç”, "“Artsax", biz səninləyik”, "“Artsax" 100 günlük blokadada”, “Blokada "Artsax"ı soyqırıma aparır” şüarlarla Gənclər Mərkəzindən çıxaraq əvvəlcə meriyaya, sonra Surb Xaç kilsəsinin həyətinə doğru hərəkət ediblər.
Gənclər “Zori Zoryan” gənclər birliyi adından Gürcüstan parlamentinin erməni deputatı Samvel Manukyana məktub göndəriblər.
“Biz ermənilər olaraq bütün bunlarda iştirak etməyə, Qarabağı və Qarabağ ermənilərini dəstəkləməyə borcluyuq. Parlamentimizin deputatına məktub göndərdik ki, sözümüz Gürcüstan hakimiyyətinə çatsın. Azərbaycan bilməlidir ki, Gürcüstanda Azərbaycanın hərəkətlərini qəbul etməyən ermənilər var. Qarabağın blokadası açılmalıdır, o, uzun müddət davam edə bilməz. Növbəti addımlar barədə danışmaq hələ tezdir. Lakin ümid edirik ki, problem ən qısa zamanda həll olunacaq və 100 gündür Qarabağda "blokada"da olan 120 min erməni xarici dünya ilə əlaqə saxlaya biləcək”,-müraciətdə belə qeyd edilir.
Mitinq iştirakçıları Qarabağ ermənilərinə dəstək olaraq Surb Xaç Axalkalaki kilsəsinin həyətində “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq!” şüarları səsləndiriblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-03-2023, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər