reklam
Regionxeberlericom.az » Sosial » 28 May Neft-Qaz Çıxartma İdarəsinin işçisi YEYİNTİ FAKTLARINI AÇIQLADI - Büdcə pulları belə xırıd edilir...

reklam

28 May Neft-Qaz Çıxartma İdarəsinin işçisi YEYİNTİ FAKTLARINI AÇIQLADI - Büdcə pulları belə xırıd edilir...


Akademşəbəkədən faydalanan, adlı, dərəcəli, rəngarəng, sazlı-sözlü qara-qura yaltaqlar, bizquyruqlar bu gün artıq təhlükəsiz mövzu olan, yerə yıxılmış AMEA-nın qabırğasına döşəyirlər. Əsl meyit yeyənlərdir.

Maradyorlar, nekrofillər qurumu yağmalayan məsləkdaşlarının adını çəkməyə cürət etmirlər, çünki bir-birinin qarşısında gözükölgəlidirlər. Mənliyini itə qapdırmış maradyordan alim, şair, yazıçı, ədib və s. olar, imitasiya etsə də, həqiqət carçısı ola bilməz.

Bəli, akademiyanın daşını daşlayan bu yalgüdən "elm təəssübkeşləri", quşəppəyi lotuları ölkə elmini və təhsilini bərbad günə qoymuş bir akademikin və ya onun əlaltısının adını çəkmirlər. Niyə? Çünki arxada o elm və mənəviyyat qatilləri ilə əlbir olub yallanır, titullanır, axtalanır, yağlanır və mənəviyyatsılaşırlar, hərçənd ki, qələmləri mənəviyyatdan yazır...

Tfu, sizin riyakar üzünüzə, titulunuza və istedadınızın təzahür formasına!

İdris Abbasov

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsin müdiri,

filologiya elmləri doktoru, professor




Paylaş:


Müəllif : Tarix:
25-03-2023, 13:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər