Əfv komissiyası neçə müraciətə baxıb? - CAVAB
“Bu il yanvarın 12-dən iclaslarımız başlayıb. Əfv Komissiyasının indiyədək 10 iclası keçirilib”.
Bu sözləri Əfv Məsələləri Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib.
O, bu günə qədər 1300-dən çox müraciətə baxıldığını vurğulayıb:
“Müraciətlər həddən artıq çoxdur. 1300-dən artıq müraciətə baxılıb və müvafiq rəylərin hazırlanması ilə bağlı qərarlar qəbul edilib. Bütün müraciətlərə həssaslıqla və dəqiqliklə yanaşılır. Bəzi iclaslarımız 3-4 saat davam edib. Bu da müzakirələrin nə dərəcədə canlı olduğunu göstərir.
Bu il Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Elə bu səbəbdən müxtəlif tədbirlər keçirilir. Bu tədbirlər arasında əfv sərəncamının imzalanması da istisna olunmur. Qarşıdakı həftələrdə də iclaslarımız olacaq. Güman edirik ki, may ayında əfv sərəncamı imzalana bilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-03-2023, 14:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər