Şəhid anası icra hakimiyyəti tərəfindən aldadıldığını iddia edir
"Oğlumun qəbri dağılmışdı, özümüz düzəltdik, ev növbəsində də geriləyirik"
"Şəhid anası olaraq laqeyd münasibət məni incidir. On səkkiz ildir ki, ev növbəsinə dayanmışam. Müxtəlif bəhanələrlə məni aldadırlar”.
Lerikin Noda kənd sakini Nəsibə Nəciyeva yerli icra hakimiyyətindən narazıdır.
O, "Arqument.az"a deyir ki, 1974-cü il təvəllüdlü oğlu Habil Xanqulu oğlu Nəciyev Birinci Qarabağ müharibəsi zamanı 1994-cü ildə Füzulidə gedən döyüşlərdə həlak olub.
"Oğlumu kənd qəbristanlığında dəfn etmişdik. Qəbr və başdaşı dağılmışdı. Bununla bağlı rayon rəhbərliyinə müraciət etdim. Dedilər ki, başdaşının bərpası üçün kömək edəcəyik. Lakin vədləri elə sözdə də qaldı. Öz təqaüdüm və ikinci qrup hərbi veteran olan oglumun köməkliyi ilə başdaşını düzəltdirdik”, - şikayətçi bildirir.
Nəsibə Nəciyeva əlavə edir ki, növbəti müraciəti evlə əlaqədar olub: "Evim qəzalı vəziyyətdədir. Şəhid anası olaraq icra hakimiyyətinə müraciət etdim. Nümayəndələr gəlib, evə baxış keçirib, qəzalı olduğunu təsdiq etdilər. Oğlum Mübariz Nəciyev lazım olan sənədləri toplayıb yerli icra hakimiyyətinə təqdim etdi. 2005-ci ildən məni ev növbəsinə götürdülər”.
Nəsibə Nəciyevanın dediyinə görə, sonradan iş dolaşığa düşüb. İlk dəfə növbədə 48-ci adam olsa da, sonradan adı siyahıda geriləyib: "Nə məsələdirsə, bizdən sonra növbədə olanlara ev verilib, ya da tikilib. İlk dəfə növbəyə götürüləndə növbədə 48-ci idim. Sonra dedilər ki, nöbədə 66-cısınız. 2013-cü ildə icra başçısı təsdiq etdiyi ev növbəsində isə artıq 70-ci oldum. Növbəm çatmaq əvəzinə geriləyir. Dəfələrlə rayon rəhbərliyinə şifahi və yazılı muracətimə baxmayaraq, nəticə yoxdur. Etiraz edirik, deyirlər ki, növbəniz belə idi”.
Nəsibə Nəciyevanın oğlu Mübariz Nəciyev deyir ki, Lerik Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikovla görüşüb: "O, mənə dedi ki, nə qədər adamın evi təmir olunub, neçəsinə ev tikilib. Səbrli olun, sizin də növbəniz çatacaq. İndi də bu işə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi baxır. Şöbənin müdiri Rahib Şiriyev də mənə təklif edir ki, ananı rayon qeydiyyatından çıxar. Sumqayıt qeydiyyatına sal, onda daha tez ev alacaqsan. Mən belə başa düşürəm ki, bu adamlar bizi başlarından edirlər”.
Nəsibə Nəcibova evi qəzalı vəziyyətdə olduğu üçün hazırda Sumqayıtda oğlunun evində məskunlaşıb: "Ev qəzalı vəziyyətdədir. Orada yaşaya bilmirəm. Oğlumun Sumqayıtdakı evinə köçmək məcburiyyətində qalmışam. 2016-cı ildən bu yana müraciət etmədiyim yer qalmayıb. Prezidentə də müraciət etmişəm. Ancaq eyni sözü deyirlər, səbrli olun, tikiləcək. Nə vaxta qədər gözləyim? Artıq 85 yaşım var”.
Lerik Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev Nəsibə Nəciyevanın ev növbəsinə götürülməsini təsdiqləyib.
"Mənzil komissiyası kimi növbəyə biz götürürük. Evlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə tikilir. Ev növbəsində olanlarla əlaqədar rəhbərliyin adından nazirliyə məktub təqdim etmişik”, - şöbə müdiri bildirib.
ƏƏSMN-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
ƏƏSMN-nin 2022-ci ilə olan statistikasına görə ötən il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 13200 mənzil və fərdi ev verilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-03-2023, 09:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər