"Ali məktəblərə qəbul formatı dəyişdirilməlidir" - ÇAĞIRIŞ
Azərbaycanda 9-11-ci sinif şagirdləri mart-aprel ayında buraxlış imtahanı versələr də, lakin iyunun 15-inə kimi məktəbə getməyə davam edirlər. Bu isə həm şagirdlər, hhəm də valideynlər tərəfindən birmənalı qarşılanmır.
Məlumata görə, mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirdi ki, bu mövzu dəfələrlə gündəmə çıxarılıb.
"Biz 70 illik sovet təhsilinə alışmışıq. İndi o alışqanlığı yenidən formalaşdırmaq çətin başa gəlir. Məsələn, orta nəsil,yaşlı nəsil onlar şahiddir ki, dərs sentyabr ayının 1-də başlayır, mayın 25-də qutarırdı. Təsəvvür edin ki, biz tədris ilini keçirdik senyabrın 15-inə, qutarır iyun ayında. Bu dəyişiklik nə qədər müzakirələrə səbəb oldu və hələdə davam edir. Dərs ilinin 2 həftə geriyə çəkilməsi haqqında da deyirlər ki, nə ehtiyac var idi, yaxud istilər düşür, imtahanlar arası fasilə azalır və s. İzah olundu ki, dünya ölkələrində tədris həftəsi 38-40 saatdı, bizdə isə 34 həftə. Xatırlayanlar var ki, hətta 5000-dən çox insan hökümətə qarşı petisiya qəbul elədi. İndi eynilə də bu məsələ hələ də gündəmdədi. Biz artıq 90-cı illərdən test sisteminə keçmişik. Və şübhəsiz ki, bu sistemin qaydalarında dəyişikliklər olunub. Öyrəşmişik ki, mayın 25-də son zəng vurulardı, imtahana hazırlaşmaq üçün müəyyən vaxt olardı, şagirdlər imtahana hazırlaşardı və avqust ayında imtahanlar başa çatardı. İndi isə vəziyyət yaranıb ki, biz məcburuq mart ayından imtahan keçirməyə. Yəni buraxılış imtahanı var, sınaq imtahanı var, qəbul imtahanı var. Bu ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və bu normaldı, təbii haldı. Çünki yenilik çoxları tərəfindən yaxşı qəbul olunmur" - deyən ekspert qeyd etdi ki, bununla belə Dövlət İmtahan Mərkəzinin də öz arqumentləri var:
"Deyək ki, kimlərsə hesab edir ki, məktəb hələ başa çatmayıb, lakin imtahan verilir, mtahan verilibsə, oxumağa nə ehtiyac var, şagirdlər arxayın olurlar. DİM dəfələrlə rəsmi şəkildə elan edib ki, tədris ili iyunda bitib, amma imtahan martda verilsə də, imtahan suallarına keçilməyən materiallar salınmır. Bu məsələnin birinci tərəfi, ikincisi isə, mart ayında imtahan vermək attestat almaq demək deyil. Attestat onsuz da sonda verilir. Bu məsələni bizim bəzi yoldaşlar başa düşmürlər, ya da başa düşmək istəmirlər ki, buraxılış imtahanı verilsə belə attestat sonda verilir. Əvvəl belə idi ki, 11 il oxuyurdun və sonda imtahan verirdin və 11 illik fəaliyyət nəzərə alınmırdı. Qəbul imtahanında nə cavab verdin, ona əsasən müvafiq qiymət alırdın. İndi vəziyyət dəyişib, həm məktəbin 11 illik fəaliyyəti, həm də qəbul imtahanının nəticələri əsas götürülür.”
Nadir İsrafilov həmçinin qeyd etdi ki, əvvəl 700 ballıq şkala idi, indiki qaydalara əsasən 300 bal məktəbin payına düşür, yəni bunun 11 il oxuduğu qiymətlərə, 400 bal da qəbul imtahanına:
“Məktəblə qəbul arasında bu qiymətlər formalaşdırılıb: 300+400. Mən yenə deyirəm ki, bu narazılıqlar davam edir. Son günlər DİM-ə qarşı sanki kampaniya aparılır. İmtahanların sadələşdirilməsi, test imtahanının ləğvi, qəbul imtahanının ümumiyyətlə aradan götürülməsi, ali məktəblərə attestatla qəbul olunması və s. Kimi ciddi iradlar səsləndirilir. Bizdə 30 ildir artıq qəbul bu prinsip əsasında keçirilir. Gəlin testi ləğv eləyək, qəbul imtahanlarını dəyişdirək, inanın ki, bir 30 il də bu müzakirə olunacaq. Ümumiyyətlə, təhsildə radikal addımlar atmaq özünü doğrultmur. Birdən nəyisə dəyişmək olmur. Ona görə də söhbət indi yalnız təkmilləşdirilmədən gedə bilər. Ciddi iradlar olur ki, bu zaman da DİM bunu etiraf eləyir. O qədər suallar var ki, bunları da insan tərtib edir, yanlışlıq ola bilər. Və bir də bilirsiz ki, Apellyasiya Komissiyası var, səhv, nöqsan olanda müraciət olunur və həmin qiymətdə dəyişiklik olunur. Mən də onun tərəfdarıyam ki, həqiqətən əgər bir halda ki, narazılıqlar var, yəni uşaqların stress keçirməsi, valideynlərin əlavə stress keçirməsi və sair məsələlər var, ona görə də dünya təcrübəsində iki imtahanın birləşdirilməsi, yəni buraxılış və qəbul imtahanının birləşdirilməsi vasitəsilə vahid təkpilləli imtahana keçid məsələsi var. Bir çox ölkələrdə bir imtahan keçirilir. Bu həm buraxılış, həm də qəbul imtahanını əvəz eləyir. Bu məsələ dəfələrlə qaldırılıb. Hətta 10 il bundan qabaq DİM-in sədri Məleykə Abbaszadə də belə bir açıqlama vermişdi ki, biz bu model üzərində işləyirik, yaxın vaxtlarda bu modelə keçəcəyik. İndi nəsə görünür, problem var, mən onu deyə bilmərəm. Yəni vahid təkpilləli imtahan modelinə keçilsə, şübhəsiz ki, bu narazılıqlar, ya da digər əlavə fikirlər aradan qaldırılacaq bilər. Bu saat testin ləğvindən söhbət gedə bilməz. Test sadələşdirilməlidir. Test üçün də deyirlər ki, əzbərçilik yaradır. Əvvəllər qapalı suallar daha çox idi, indi açıq testlər salınır ki, bu yazı vərdişlərini inkişaf etdirir. Yəni ümumiyyətlə ləğv eləmək məsələsi yox, təkmilləşdirilmə məsələsindən söz gedə bilər.”
Ekspert hal-hazırda da DİM-in bu istiqamətdə işlər apardığını əlavə edərək davam etdi.
“Qabaq ancaq bir qəbul imtahanı idi, indi uşaqdır, gəldi stress keçirdi. Elə ola bilər ki, kimsə bu gün 500 bal yığa bilər, ikinci dəfə heç 100 bal yığa bilməz. Bir imtahanla abituriyentin biliyinə qərar vermək olmaz. Bu prosesin nizama salınmasının yeganə yolu, mənim subyektiv fikrimcə, testin təkmilləşdirilməsi və qəbul formatının dəyişdirilməsində görürəm. Bu həm vaxt imkanına, həm də əlavə stress yaşamamağa kömək eləyə bilər”,- deyə N.İsrafilov fikrini tamamladı.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-04-2023, 11:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər