Yol polisi ləğv edilə bilər - İDDİA
Daxili İşlər naziri Vilayət Eyvazov artıq start verdiyi kadr islahatları ilə kifayətlənməyəcək, həm də ciddi struktur dəyişikliyi edəcək.
regionxeberlericom.az bildirir ki, BakuPost-a daxil olan məlumata görə, yeni nazir işə başlayan ilk gündən polisin reputasiyasının yaxşılaşdırılması, insanların hüquq-mühafizə orqanlarına münasibətinin dəyişməsi üçün ciddi layihələr həyata keçirməyə başlayıb. Bunun üçün o, ilk növbədə hamı tərəfindən birmənalı şəkildə rüşvət, korrupsiya mənbəyi olan bəzi qurumların yenidən qurulması, bəzilərinin isə tamamilə ləğv edilməsi barədə tədbirlər planı hazırlayıb. Məlumata görə yeni nazir ilk olaraq Qeydiyyat-İmtahan İdarələrinin ləğvini nəzərdə tutub.
Yada salaq ki, bu idarələrin ləğv edilməsi xeyli müddətdir müzakirə mövzusudur. Əsas işi sürücülük vəsiqələrinin və avtomobillərinin dövlət qeydiyyat nişanlarının verilməsi olan bu idarələrin səlahiyyətinin başqa aidiyyəti qurumlara verilməsi dəfələrlə gündəmə gəlsə də, hansısa qüvvələr onu ertələyib. Yeni nazir isə bu işi tez bir zamanda həll etməyi planlaşdırıb.
Vilayət Eyvazovun nəzərdə tutduğu daha bir addım isə kifayət qədər sensasion hesab oluna bilər. O, əksər Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da yol polisinin ümumiyyətlə, ləğv olunmasını istəyir. Yeni nazir böyük vəsaitlər hesabına alınmış radarlar, təhlükəsizlik kameraları olduğu halda yol polisi ordusuna zərurət hesab etmir.
Mənbənin verdiyi məlumata görə, yol polisinin səlahiyyətlərinin əsasən üç qurum arasında bölünəcək - Post Patrul Xidməti, Nəqliyyat Agentliyi, ASAN xidmət. Bu köklü dəyişikliyin ilin sonuna qədər reallaşması gözlənilir.
Yeri gəlmişkən, son günlərdə yol polisində iki yüksək vəzifəli şəxsi - Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazovu və Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polkovnik Müşfiq Rəhimovu tutduğu vəzifədən azad edib və heç birini yerinə təyinat olmayıb.
"Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev hesab edir ki, yol polisinin ləğvi indiki halda aktual deyil: "Avropanın yedəyində getməyə lüzum yoxdur. Dövlət Yol Polisi ləğv edilməməlidir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, biz insan hüquqları ilə bağlı ümumiyyətlə təhlükəsizliyin təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının mühafizəsi ilə bağlı demək olar ki, bütün normalara, konvensiyalara, müqavilələrə qoşulmuşuq. Bu baxımdan Azərbaycanda istər yol hərəkətinin tənzimlənməsində, istər piyadaların qorunması, istərsə də vətəndaşın digər müraciət hüququnun təmin olunması istiqamətində kifayət qədər meydan var və yetərli qədər də iş görülür.
Həm dövlətin, həm təhülkəsizliyinin təmin olunmasında, həm də sabitliyin dayanıqlı qorunmasında bu DİN-in hədsiz dərəcədə əməyi var.
Ola bilsin, Avropa ölkələrində yol polisi yoxdur. Amma Azərbaycanda bu gün yol polisinə çox böyük ehtiyac var.
Pentensiar xidməti nə qədər Daxili İşlər Nazirliyin nəzdində idi, hər şey yaxşı idi. Amma biz birdən-birə onu Ədliyyə Nazirliyinə verdik ki, Avropada belədir. Bir müddət o keçid ərəfəsində bəzi mürəkkəb çətinliklər oldu. Daxili İşlər Nazirliyinin kifayət qədər təcrübəsi və peşəkarlığı hiss olunan bu qurumları ləğv etmək və yeni bir quruma vermək və yaxud ASAN xidmətə vermək çətin məsələdir. ASAN xidməti hədsiz dərəcədə şişirmək olmaz. Belə çıxır ki, ASAN xidmət qurumların alternatividir. Bu addımın atılmasına lüzum görmürəm”.
Keçmiş polis rəisi, Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev isə yol polisinin və yol polisinin tabeliyində olan qurumların ləğv edilməsinin, başqa aidiyyəti qurumlara verilməsinin vacib olduğunu bildirib: "Məsələn, Sürücülük vəsiqələrinin verilməsi ilə bağlı imtahanı polis niyə götürməlidir? Bu, korrupsiyaya yol açan haldır. Bu qədər yol polisi nəyə lazımdır? Onda dövlət külli miqdarda vəsait xərcləyərək radarları, kameraları niyə alıb? Yollarda avtomobil qovan yol polislərini daha çox dəftərxana işlərinə cəlb etmək lazımdır ki, kameralara, radarlara nəzarət gücləndirilsin. Cərimələrin vaxtında sürücülərin ünvanına çatdırılması məsələsində operativlik təmin olunsun”.
Ə.Əliyev hesab edir ki, yol polisinin ləğv edilməsi yaxın zamanlarda reallaşa bilər: "Vilayət Eyvazov Avropa təcrübəsini bilən, bu prosesləri yaxından izləyən adamdır. Və yenilikləri tətbiq etməyə meylli şəxsdir. Hesab edirəm ki, polis sistemində o çox ciddi dəyişikliklər edəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-08-2019, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-08-2019, 12:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
20-11-2024, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
20-11-2024, 11:24