reklam
Regionxeberlericom.az » Sosial » "AzFinance İnvestisiya Şirkəti"nin dövriyyəsi - 2 DƏFƏ AŞAĞI DÜŞÜB

reklam

"AzFinance İnvestisiya Şirkəti"nin dövriyyəsi - 2 DƏFƏ AŞAĞI DÜŞÜB


Azərbaycanın aparıcı investisiya şirkətlərindən olan "AzFinance İnvestisiya Şirkəti" QSC-nin əməliyyatlarının həcmi 2 dəfəyə yaxın azalıb.

Regionxeberlericom.az FED.az-a istinadla xəbər verir ki, Bakı Fond Birjasının (BFB) açıqladığı rəqəmlərə əsasən 2023-cü ilin yanvar-mart aylarında "AzFinance İnvestisiya Şirkəti" QSC-nin əməliyyatlarının həcmi 285 milyon 157 min manat təşkil edib.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 266 milyon 320 min manat və ya 48,3% azdır.

2023-cü ilin ilk 3 ayında "AzFinance İnvestisiya Şirkəti"nin Mərkəzi Bankın qiymətli kağızları ilə əməliyatları 38,3 milyon manat, Maliyyə Nazirliyinin dövlət istiqrazları ilə əməliyyatları təqribən 100 milyon manat, korporativ istiqrazlarla əməliyyatları 46 milyon manat, səhmlərlə əməliyyatları isə 10 min manat olub. Şirkətin REPO əməliyyatlarının həcmi isə 101 milyon manata yaxın olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə REPO əməliyyatları 2 dəfə aşağı düşüb.

Mərkəzi Bankın qiymətli kağızları isə əməliyyatlar isə 166 milyon manat və ya 5,4 dəfə azalıb.

Şirkətin səhmlərlə əməliyyatları 8 dəfə azalıb.

Əvəzində 2023-cü ilin ilk 3 ayında "AzFinance İnvestisiya Şirkəti"nin korporativ istiqrazlarla əməliyyatları təqribən 4 milyon manat və ya 10%-ə yaxın yüksəlib.




Paylaş:


Müəllif : Tarix:
5-04-2023, 16:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər