«EY» auditor şirkətinin 10 il yoxladığı şirkət müflis olub – «EY»Ə AUDİT APARMAQ QADAĞAN EDİLİB
«EY» auditor şirkətinin Almaniyada 10 ildən artıq auditini apardığı şirkətin qəflətən müflis olmasından sonra ölkədə bu şirkətin auditor fəaliyyəti məhdudlaşdırılıb və ona cərimə tətbiq edilib.
Məlumata görə, FED.az biznes və maliyyə xəbərləri portalı «Bloomberg»ə istinadən xəbər verir ki, Almaniyanın maliyyə bazarlarının requlyatoru 2020-ci ildə müflis olan «Wirecard AG» maliyyə şirkətinin işi ilə bağlı araşdırmaları başa çatdırıb. Araşdırmanın nəticəsi təkcə sözügedən şirkətlə bitməyib. Araşdırma nəticəsində indiyədək 10 ildən artıq müddətdə «Wirecard AG»ın auditini aparan «EY» auditor şirkəti də dövlət qurumu tərəfindən 500 min avro cərimələnib və ona 2 il müddətində iri, yəni ictimai mənafeyə təsir edən şirkətlərin auditini aparmaq qadağan edilib.
Qeyd edək ki, «Wirecard» şirkəti öz hesablarında 1,9 milyard avronun olduğunu təsdiq edə bilməməsi səbəbindən 2020-ci ildə müflis olduğunu elan edib.
Almaniyanın mühasibatlıq sahəsində nəzarət orqanı olan APAS təşkilatının açıqlamasında bildirilir ki, araşdırma nəticəsində məlum olub ki, «Wirecard»ın auditoru şirkətin 2016, 2017, 2018-ci illər üzrə hesabatlarının yoxlanması zamanı öhdəliklərinə əməl etməyib.
Şirkətin açıqlamasında EY auditor şirkətinin adı birbaşa çəkilməsə də, bildirilir ki, «Wirecard»in auditoru məhz EY auditor şirkəti olub. Artıq EY auditor şirkəti pozuntulara yol verdiyini etiraf edib və «yaranmış vəziyyətdən nəticələr çıxardığını bildirib». Amma bu açıqlama olan APAS təşkilatının qərarına təsir etməyib, qeyd edildiyi kimi, şirkətə 500 min manat cərimə ilə yanaşı, ictimai əhəmiyyət daşıyan şirkətlərin auditini aparmaq da 2 il müddətinə qadağan edilib.
Şirkətlə yanaşı, APAS qurumu «EY» auditor şirkətinin 5 nəfər keçmiş və indiki əməkdaşını da cərimə edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-04-2023, 13:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər