reklam
Regionxeberlericom.az » Sosial » Təranə Səmədovanın sığınacaqdakı övladları ilə bağlı YENİ XƏBƏR

reklam

Təranə Səmədovanın sığınacaqdakı övladları ilə bağlı YENİ XƏBƏR


Fevralın 14-ü növbəti dəfə həbs olunan prodüser Təranə Səmədovanın övladları hələ də sığınacaqdadır.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, uşaqların sığınacaqdan başqa bir yerə köçürülməsi Xətai rayon İcra Hakimiyyətinin səlahiyyətindədir. 

Xatırladaq ki, Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. O, 2017-ci ildə qadın alveri səbəbilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb.

 




Paylaş:


Müəllif : Tarix:
7-04-2023, 17:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər