Şəhid bacısı: “Evimin qarşısını ayaqyoluna çeviriblər” – Video
Mingəçevir şəhər sakini, 44 günlük Vətən müharibəsinin şəhidi Əzəmi Hüseynovun bacısı Elnarə Hüseynova yaşadıqları binanın qarşısında olan sovet dönəmindən qalan köhnə, uçub dağılmış (vaxtilə 2 saylı uşaq bağçası olub) tikilinin sakinlərə problem yaşatmasından şikayətçidir.
O, yaşadıqları Nizami 23 ünvanında olan problemlə bağlı bütün sakinlər adından Yeniavaz.com-a müraciətində bildirib.
E.Hüseynova deyib ki, həyətlərinin qarşısında şəhid qardaşı üçün bulaq da tikdirib. Bulağın yanındakı köhnə tikili ayaqyoluna və zibilxanaya çevrilib. Yoldan ötənlər, qarşıdakı binada fəaliyyət göstərən “Orxan bazar” deyilən yerin satıcıları buranı ayaqyoluna çeviriblər. Hətta ev təmir etdirənlər də tullantılarını gətirib bu yarımtıkiliyə boşaldırlar.
İy-qoxudan həyətdə dincələ bilməyən sakinlər bununla bağlı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Yaşıllaşdırma və sanitar təmizlik idarəsindən gəlib ərazini təmizsələr də, yenidən pis vəziyyətə düşür.
Bina sakini Arzu Qəhrəmanova deyib ki, həyətdə oturub dincələ bilmirlər:
“Məcburi köçkünlər köçüb gedəndən sonra bura belə vəziyyətə düşüb. Xahiş edirik, aidiyyəti qurumlar bizə kömək etsinlər. Əvvəllər uşaq bağçaları icra hakimiyyətlərinin nəzdində idi. İndi isə Elm və Təhsil Nazirliyinin balansına verilib. Xahiş edirik, bir tədbir görsünlər”.
Qeyd edək ki, şəhərin Puşkin küçəsi 12 ünvanında da oxşar vəziyyət hökm sürür. Həmin ərazidə də köhnə, fəaliyyəti dayandırılmış uşaq bağçası var.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-04-2023, 16:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər